Receptionist
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Sinteks Group of Companies Receptionist vəzifəsi üzrə vakansiya elan edir.

1996-cı ildə Bakı şəhərində əsası qoyulan Sinteks MMC bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.

SINTEKS öz üzərinə tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi, dünyanın aparıcı moda brendlərini təmsil etməyi götürüb.

Şirkət dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərlik edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda Resepşionist tələb olunur.

İşin rolu:

Bu rol daxil olan qonaqların, sənədlərin və zənqlərin vaxtında qəbul edilməsini və düzgün yönləndirməsini təmin edir.

Vəzifə öhdəlikləri:

  • Ofisə gələn şəxsləri qarşılayır, qeydiyyatdan keçirir və istiqamətləndirir.
  • Telefon zənglərini cavablandırır və yönləndirir
  • Daxil olan sənədlərin qeydiyyatını aparır və aidiyyəti üzrə çatdırır.
  • Göndərilən sənədlərin qeydiyyatını aparır və daxili kuryer vasitəsilə çatdırılmasını təşkil edir
  • Kənar kuryer xidmətlərinin ödəniş qaimələrini yoxlayır
  • İclas otaqlarını rezerv edir
  • Yeni əməkdaşlarin nəzarət-keçid qeydiyyatını aparır və məlumatı sistemə daxil edir.

Əsas tələblər:

İxtisas / Təhsil:

  •  Ali təhsil üstünlükdür

Təcrübə:

  • Resepşionist, Front Ofis Nümayəndəsi və ya xidmət sahəsində ən azı 1 il iş təcrübəsi

Bilik və bacarıqlar:

  • Rus və Azərbaycan dillərini səlis bilmək (İngilis dili arzu olunandır)
  • Yüksək səviyyədə MS Office Proqramlarını bilmək

Kompetensiyalar:

  • Ünsiyyət Bacarıqları
  • Stressə davamlılıq
  • Problem həll etmə

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruitment@sinteks.com e-mailına, mövzu hissəsində “Resepşionist” qeyd edib göndərilməsi xahiş olunur.

Oxşar vakansiya siyahısı:

500₼
Qeydiyyatçı

1st Fitness Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən ödənilir. ...

1st Fitness

24.04.2024 - Bakı

Əlavə xidmətlər üzrə operator

Kontakt Home Əlavə xidmətlər üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

23.04.2024 - Bakı

400 — 500 ₼
Problemli kreditlərin idarəedilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi

Embafinans, ...

Embafinans

15.04.2024 - Bakı

Ümumi işlər üzrə könüllü ( Region filialları üzrə )

Unibank Kommersiya Bankı Ümumi işlər üzrə könüllü ( Region filialları üzrə ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

04.04.2024 - Bakı