Qısa məzmun
PAŞA Sığorta” ASC Satış kanalları üzrə assistent vəzifəsi üzrə vakansiya elan edir.
“PAŞA Sığorta” ASC namizədləri Satış kanalları üzrə assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:
- Mövcud olan fərdi müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi
- Zərurət yarandığı halda sığorta obyektlərinə baxışın həyata keçirilməsi
- Müştərilərə xidmət göstərilməsi, zərurət yarandığı təqdirdə sığorta növləri üzrə şəhadətnamələrin yazılması
- Vaxtı bitməkdə olan sığorta şəhadətnamələri üzrə müştərilərə zənglər edilməsi və şəhadətnamələrin yenilənməsinin təmin edilməsi
- Öz tərəfindən edilən satışların sığorta haqqlarının vaxtında ödənilməsi və debitor borcların yaranmamasına nəzarət etmək
BİLİKLƏR:
- Ali təhsil
- Dil bilikləri:
- Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı nitq
- Rus və İngilis dili biliklərinin olması üstünlük hesab edilir
- Ofis avadanlığı və MS Office proqram təminatı paketi ilə işləmək bacarığı
TƏCRÜBƏ
- Satış sahəsində iş təcrübəsi arzu olunandır
BACARIQLAR:
- Stressə davamlılıq bacarığı – Eyni tipli sualların səbr və təmkinlə cavablandırılması
- Daimi öz üzərində işləmək, bilik və bacarıqların artırılması və inkişaf yönümlülük
- Komanda ilə işləmək bacarığı
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.
Oxşar vakansiya siyahısı:
\Supertoys oyuncaq mağazasının Sədərəkdə yerləşən mağazasına satış təmsilçiləri tələb olunur. ...
Super Toys Korporativ Satış üzrə Mütəxəssis vəzifəsi üzrə akansiya elan edir. ...
Doğtaş Mebel MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
189 Taxi Satış Aqenti vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories dəbli aksessuar butikinə Satış Mütəxəssisi tələb olunur. ...