Təchizat üzrə kiçik Mütəxəssis (Bazar araşdırmaları üzrə)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

MKT İstehsalat Kommersiya MMC Təchizat üzrə kiçik Mütəxəssis (Bazar araşdırmaları üzrə) vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Şirkət təchizat strategiyasına uyğun yeni təchizat mənbələrinin və tədarükçülərin araşdırılması və mövcud təchizatçı bazasın genişləndirilməsi;
  • Mövcud təchizatçı bazası ilə daimi əməkdaşlıq və daha əlverişli şərtlərin əldə edilməsi;
  • Yeni təchizatçılarla şirkət strategiyasına uyğun ilkin danışıqların aparılması və şərtlərin müəyyənləşdirilməsi;
  • Təchizatçı siyahısına qeydiyyat və təchizatçıların qiymətləndirmə işinin təşkili;
  • Təchizat şöbəsi sənəd dövriyyəsi işinə nəzarət;
  • Yerli və xarici bazar üzrə yeni imkanların və risklərin izlənilməsi;

Tələblər:

  • Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə ali təhsil;
  • Təchizat, satınalma sahəsində təcrübə;
  • Təchizat və satınalma prossesləri və ümumi prinsipləri haqqında biliklər;
  • Azərbaycan, İngilis və Rus dili bilikləri (danışıq bilikləri, texniki sənədlərin oxunması);
  • İnternet resursları, kataloq və portallarda axtarış bacarıqları;
  • Analitik düşünmə qabiliyyəti;
  • Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq.

Səriştələr:

  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Nailiyyət yönümlülük
  • Etibarlılıq
  • Dürüstlük

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki: Beş günlük iş həftəsi
  • İş yeri: Baki şəhəri, Qafqaz Business Center
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “JS Təchizat üzrə kiçik Mütəxəssis (Bazar araşdırmaları üzrə)” mövzusu ilə career@mktcotton.com elektron ünvanına göndərə bilərsiniz.

“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Oxşar vakansiya siyahısı:

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı