Qısa məzmun
Ə/h razılaşma yolu ilə. TID Consulting Böyük mühasib vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan və rus dili bilikləri olmalıdır.
İş barədə məlumat:
- Bank hesablarıı üzrə ödənişlərin həyata keçirilməsi;
- Vergi, DSMF hesabatlarının, Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi;
- Elektron Qaimə Hesab Fakturalarının işlənməsi;
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
- Debitor və kreditor hesablaşmalarına ciddi nəzarət olunması;
- Online kargüzarlıq və e- qaime portallardan istifadə etmə bacarığı;
- BTP proqramında (ƏDV,SV, Mənfəət,Əmlak,Torpaq
- MÖMV,ÖMV,Aksiz,Mədən,) hesabatların tərtib edilməsi;
- Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək.
Namizədə tələblər:
- Ali təhsilli olmalı (riyazi və ya iqtisadi sahə üzrə bitirənlərə üstünlük veriləcəkdir)
- Göstərilən sahə üzrə min. 3 il iş təcrübəsi
- Microsoft Office və 1C proqramlarında mükəmməl işləmək bacarığı
- Vergi Məcəlləsini bilməli
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli
- Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti
- Azərbaycan dili biliyi (rus dili arzuolunandır)
- Ünsiyyət qura bilmə bacarığı
Əmək haqqı namizəddən asılı olaraq müəyyən ediləcəkdir.
Maraqlanan şəxslər CV-lərini office@tidconsulting.com ünvanına göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlərin CV göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...