Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Komtec LTD Daxili Audit vəzifəsi üzrə vakansiya elan edir. 1C proqramında işləmə bacarığı olmalıdır.
Vəzifə öhdəlikləri:
- Şirkət üzrə audit planının hazırlanması barədə departament direktoruna təkliflər vermək,
- Audit planına uyğun olaraq, daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin auditini aparmaq,
- Müəssisə daxili qəbul edilmiş prosedurların icra vəziyyətinin auditini aparmaq və hesabatlar hazırlamaq,
- Müəssisədə olan risklərin idarə edilməsi işini daima təhlil və təftiş etmək,
- Xərclərin səmərəliliyinin (qiymət baxımından sərfəlilik) qiymətləndirilməsi işini təhlil və təftiş etmək,
- Auditin nəticələri,verilmiş tövsiyələr və onların icra müddətlərinin müəyyən edilməsinə dair hesabatları tərtib etmək və icrasına nəzarəti həyata keçirmək,
- Qeyri-səmərəlilik və işdə ləngimələr barədə müşahidələr aparmaq və departament direktoruna məlumat vermək,
Vəzifəyə olan tələblər:
- Mühasibat uçotu, iqtisadiyyat və ya İT sahəsində ali təhsilin olması arzuolunandır,
- 1C proqramında işləmə bacarığı,
- Əməliyyat, Daxili nəzarət, Risk və Audit sahəsində 3 illik təcrübəyə malik olması,
- İT üzrə təcrübəsi olan arzuolunandır,
- Ünsiyyət qurmaq, komandada işləmək bacarığı,təşəbbüskarlıq, məsuliyyətlilik.
Tələblərə uyğun namizədlərdən CV-lərini hr@komtec.az elektron ünvanına göndərməyi xahiş edirik.
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...