Kredit inzibatçılığı üzrə kiçik mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Bank Kredit inzibatçılığı üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifənin məqsədi

  • Müştəri məmnunluğu əldə etmək üçün kreditlə bağlı bütün əməliyyat və digər məsələlərin (lazımi məlumatla təminat, şikayətlərin idarə edilməsi – baş vermiş problemlərin müəyyənləşdirilməsi və aradan qaldırılması) effektiv, şəffaf və düzgün icrasında daxili və xarici müştərilərə yüksək səviyyədə xidmət göstərilməsinə məsuliyyət daşıyır.

Görəcəyiniz işlər:

  • Çek List üzrə MM-dən bütün zəruri sənədlərin toplanması.
  • Müqavilələrin tərtib edilməsi.
  • ABS-də kredit şərtlərinin yığılması.
  • Girovlarin ABS-də qeydiyyatinin aparilmasi
  • Notariat və qeydiyyat işlərinin icra edilməsi.
  • Audit və hüquq departamentlərinə keyslərin ötürülməsi.
  • Gündəlik kreditlər üzrə əməliyyatların aparılması.
  • Maliyyə arayışlarının hazırlanması.
  • Kredit fayllarının hazırlanması (şərtlər və girovlar daxil olmaqla)
  • Məlumatın dəqiqliyinin yoxlanılması (həm elektron, həm də kağız daşıyıcıda).
  • Müştəri şərtlərinin və müntəzəm kredit ödənişlərinin monitorinq edilməsi.
  • Əməliyyatlarla bağlı sənədlərin saxlanması və lazımi məlumatın elektron məlumat bazasına daxil edilməsi.
  • Kreditlərə dair hesabatlarin aparılması
  • Hər hansı kreditlə əlaqəli istənilən növ suallarin cavablandırılması.
  • Bəzi kredit məsələləri, zəruri girov sənədləri ilə bağlı izahatlar vermək üçün müştərilərlə ünsiyyətin qurulması, bütün bunların yoxlanılması və notarial qaydada rəsmiləşdirilməsi.

Sizdən gözləntimiz:

  • Məhsul və bazar üzrə biliklər: Müvafiq daxili siyasət və prosedurlar, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri
  • Bank əməliyyatları və kredit sahəsi üzrə minimum 1 il iş təcrübəsi
  • Hesabatlarla işləmək bacarığı
  • Müştəri yönümlük
  • Güclü ünsiyyət bacarığı

Bu sahə üzrə özünü sınamaq istəyən hər kəs 31/10/2021 tarixinə kimi recruitment@pashabank.az  ünvanına müraciət edə bilər.

Oxşar vakansiya siyahısı:

500₼
Kassir

Ə/h 500 AZN + bonus. Super Toys Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

Super Toys

06.10.2025 - Bakı

Audit

BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...

Falcon Finance

02.10.2025 - Bakı

Komplayens şöbəsinin mütəxəssisi

BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Falcon Finance

02.10.2025 - Bakı