Qısa məzmun
Ə/h razılaşma yolu ilə. SSİ Retail Marketinq üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir.
1996-cı ildə əsası qoyulan “Sinteks” Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. “Sinteks” 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lyuks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
“Sinteks” Şirkətlər Qrupunun “SSİ Retail” MMC-də hal-hazırda Marketinq üzrə təcrübəçi tələb olunur.
Vəzifənin rolu:
Bu vəzifənin rolu marketinq işlərinin aparılmasına dəstək göstərməkdir.
Vəzifə öhdəlikləri:
- Bazar araşdırması prosesində iştirak edir
- Promo və tədbirləri təşkilində iştirak edir
- Foto və video çəkilişləri təşkil edir
- Şöbəyə aid olan digər tapşırıqları icra edir
- Sosial media aktivlikləri təşkil edir
- Kontent hazırlıqlarını icra edir
Əsas tələblər:
- Təhsil:
- Müvafiq sahədə Ali təhsil
- Təcrübə:
- Müvafiq sahədə iş təcrübəsi arzu olunandır
- Professional biliklər:
- Sosial şəbəkələrin iş prinsipini bilmək
- İngilis dili yaxşı səviyyədə
- MS Office Proqramları bilikləri arzu olunandır
- Professional bacarıqlar və kompetensiyalar:
- Kreativlik
- Məsuliyyət
- Detallara diqqət
- Ünsiyyət bacarıqları
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Marketinq üzrə təcrübəçi” qeyd edərək recruitment@ssi.az elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi SMM təcrübəçi vakansiyası elan edir. ...
MAX PRINT — одна из ведущих компаний в области цифровой печати, производства наружной рекламы и ...
BERC şirkətlər qrupu SMM mütəxəssisi ( Təcrübəçi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...
RAM Holding Sosial Media Reklamları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Azerfon Veb Yerləşdirmə üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...