Mühəndis memar
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ricon MMC Mühəndis vəzifəsi üzrə vakansiya elan edir. İngilis dili arzuolunandır.

Namizədə dair tələblər:

  • Təhsil: Memarlıq üzrə ali təhsil
  • Azərbaycan Respublikası Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması
  • Iş təcrübəsi: Aidiyyati sahədə azı 5 il iş təcrübəsi
  • Yaş: 30-50
  • Cins : Kişi
  • Dil bilikləri: Azərbaycan, Rus – dili arzuolunandır
  • Kompüter bilikləri: Ofis proqramları, Outlook , AutoCAD, ARCHİ CAD, 3D MAX ( əla səviyyədə)

Vəzifə öhdəlikləri:

  • Müxtəlif məqsədlər üçün tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanmasına texniki rəhbərliyi həyata keçirilməsini;
  • İş planına əsasən fasad örtüklərinin (GFRC) fibro beton məmulatlarından ibarət memarlıq işlərini aparılmasını;
  • Obyektlərin müəyyən olunmuş vaxtda istismara verilməsində, tikinti-quraşdırma və qoşulma işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə işlənməsini;
  • Layihə üzrə işlərin yerinə yetirilməsində istehsal tapşırıqlarında dəqiqliyin təmin olunmasını;
  • Tikinti-quraşdırma işlərində hesablamaların tərtib edilməsinə, tikintiyə lazım olan materialların, məmulatın və avadanlığın tərkibinin və miqdarinin təyin edilməsinə köməklik edilməsi;
  • Layihələrin memarlıq hissələrində (bölmələrinin) işlənib hazırlanmasında iştirak edən dizayner və texniklər arasında iş bölgüsü aparır, onların işini əlaqələndirilməsini.
  • Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlanıb təqdim edilməs
  • İş qrafiki: 6 günlük iş qrafiki
  • Əmək haqqı: müsahibə zamanı təyin olunur

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini və portfoliolarını (mütləqdir) mövzu sətrində vakansiyanın adını “ Mühəndis memar” qeyd edərək, hr@ricon.az elektron ünvanına göndərilməsi xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı