Satışın inkişafı üzrə satış məsləhətçisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ferrum Capital Satışın inkişafı üzrə satış məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. Səlis və aydın nitq qabiliyyəti olmalıdır.

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Satışın inkişafı bölməsinin satış məsləhətçisi vakansiyasını elan edir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Kimlər müraciət edə bilər?

  • 18-29 yaş aralığında gənclər

Hansı özəlliklərə malik olmalıdır?

  • Ali təhsil
  • Əla səviyyədə azərbaycan dili və rus dili
  • Səlis və aydın nitq qabiliyyəti
  • Müştəriyönümlülük və təqdimetmə bacarığı
  • İnandırmaq bacarığı
  • Təşəbbüskarlıq, dəqiqlik, operativlik və məsuliyyətlilik
  •  Satış sahəsi üzrə peşəkar karyera qurmaq istəyi və satış bacarıqlarının olması önəmlidir

Satışın inkişafı üzrə satış məsləhətçisi nə iş görür?

  • Ferrum Kapital QSC-nin Bakı şəhərində yerləşən satış nöqtələrinə yaxınlaşan müştərilərə faktorinq xidmətləri barədə məlumat verilməsi
  • Potensial müştərilərə faktorinq xidmətləri barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması
  • Faktorinq məhsulları əldə etmək istəyən müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi və yönləndirilməsi
  • Müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi
  • Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması.

Əlavə məlumat:

  • Bazar ertəsi – Cümə: 09:30 – 18:30
  • Şənbə: 10:00 – 14:00
  • Əmək haqqı: 300-500 AZN + bonus

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Satışın inkişafı üzrə satış məsləhətçisi” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. Növbəti mərhələ üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Oxşar vakansiya siyahısı:

600 — 799 ₼
Satış təmsilçisi

Kelebek Mebel Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Kelebek Mebel

02.07.2025 - Bakı

500₼
Fitness avadanlıqları üzrə Satış Məsləhətçisi

Life Fitness (showroom) - “Fitness avadanlıqları üzrə Satış    Məsləhətçisi” vakansiyasını elan edir. ...

Zeta Group

02.07.2025 - Bakı

600 — 1000 ₼
Satış meneceri

Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Uragan Group

02.07.2025 - Bakı

600 — 1 ₼
Satış təmsilçisi

Doğtaş Mebel MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Doğtaş Mebel MMC

27.06.2025 - Bakı

800₼
Kassir-operator

VİP DOORS kassir-operator vəzifəsi üzrə vakansiya elan edir. ...

VİP Doors MMC

23.06.2025 - Bakı

1800₼
Regionlar üzrə satış müdiri

İceland şirkət Regionlar üzrə satış müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...

İceland

18.06.2025 - Bakı

Satıcı-kassir

Azərbaycan Supermarket MMC Satıcı-kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

Azerbaijan Supermarket LLC

18.06.2025 - Bakı

600 — 800 ₼
Satış təmsilçisi

Doğtaş Mebel MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Doğtaş Mebel MMC

18.06.2025 - Bakı

700 — 800 ₼
Satış məsləhətçisi

Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...

Zuleykha Accessories

18.06.2025 - Bakı