Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Modenis LLC eManat Şəbəkə inzibatçısı – Aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən verilir.
Vəzifə öhdəlikləri:
- Şəbəkə infrasturkturu üzrə yenilikləri (updates) yoxlamaq və yenilənmə üzrə plan tərtib etmək
- Şəbəkə infrastrukturunda baş verəbiləcək problem və dayanmaları prosedurlara əsasən araşdırmaq və həll etmək
- Şəbəkə infrastrukturu üzrə müxtəlif keyfiyyət göstəriciləri üzrə hesabatlar tərtib etmək
- Şəbəkə infrastrukturunun idarəedilməsi və dəstəklənməsi üzrə şirkətin təklif etdiyi təlimlərdə və praktiki tədbirlərdə iştirak etmək
- Öhdəsində olan Şəbəkə infrastrukturunun idarə edilməsi üzrə prosedur və qaydaları tərtib etmək
- Şəbəkə infrastrukturunun dəstəklənməsi üzrə profilaktik və gündəlik işləri icra etmək
- Şəbəkə infrastrukturunun dəstəklənməsi üzrə monitorinq aparmaq
- Korporativ standartlara və daxili siyasət, prosedurlara riayət etmək
- Sistemlərin düzgün və effektiv istifadəsi üzrə tövsiyələr vermək
- İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, təhlili və onların təhqiqatının aparılması və tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibində iştirak etmək;
Texniki tələblər:
- Kompüter Elmləri, İnformasiya Sistemləri üzrə bakalavr və ya magistr dərəcəsi (üstünlük verilir)
- Şəbəkə inzibatçılığı sahəsində 3 ildən çox iş təcrübəsi
- Ingilis və Rus dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması)
- Şəbəkə (LAN, WAN, Wireless) və VOIP sistem və avadanlıqları ilə iş təcrübəsi
- Virtual şəbəkə infrastrukturu (Vmware Vsphere, MS Hyper-v) texnologiyaları sahəsində təcrübə
- Dayanıqlı klasterin qurulması və tətbiqi üzrə təcrübə (CISCO, HP, Fortinet)
- Bulud texnologiyaları üzrə (MS Azure, Amazon WS, Google Cloud və MS Office 365) biliklər və iş təcrübəsi
Bacarıqlar:
- Sənədləri tərtib etmə və işləmə qabiliyyəti
- Analitik təhlil bacarığı
- Problemin araşdırılması ilə əlaqədar dəstəkçi şirkətlə ünsiyyət qurmaq bacarığı
- Proqram təminatı və avadanlıqda nöqsanların aşkarlanması və aradan qaldırılması üzrə bacarıq
- İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsi üzrə bacarıq
- Komanda şəklində işləmə bacarığı
- Daimi olaraq yeni İT biliklərinin mənimsənilməsi bacarığı və yeniliyə həvəsli olmağı
İş şəraiti:
- Ofis daxili;
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar yeməyinin təmin olunması;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi cv@emanat.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Şəbəkə inzibatçısı – Aparıcı mütəxəssis” yazılmalıdır.
Oxşar vakansiya siyahısı:
Honey Bee Development Capital (HBDC) Texnologiya və İnnovasiya şöbəsinə “İT Biznes Analitik – Responsible Finance Platforması” vəzifəsi üzrə vakansiya e ...
AS Group Data Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
PROSYS LLC İT üzrə Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
Apar şirkəti Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...
Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...