Faktorinq üzrə kiçik mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ferrum Capital Faktorinq üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

  • Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Faktorinq bölməsində Faktorinq üzrə kiçik mütəxəssis vakansiyasını elan edir.
  • Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
  • Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
  • Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Kimlər müraciət edə bilər?

  • 21-29 yaş aralığında gənclər

Hansı özəlliklərə malik olmalıdır?

  • Ali təhsil (maliyyə-kredit, iqtisadiyyat və digər əlaqəli sahə üzrə)
  • Əla səviyyədə azərbaycan dili (Rus dili biliyi üstünlükdür)
  • Yüksək səviyyədə riyazi biliklər və analitik qabiliyyət
  • Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
  • MS Excel üzrə biliklər

Faktorinq üzrə kiçik mütəxəssis nə iş görür?

  • Müştərilərin faktorinq şərtləri barədə məlumatlandırılması
  • Müştəri müraciətlərinin qəbulunun həyata keçirilməsi və sistemə daxil edilməsi
  • Müqavilələrin hazırlanması, müvafiq sənədləşmənin həyata keçirilməsi
  • Portfelə nəzarətin və gündəlik ödəmələrin təqib edilməsi

Əlavə məlumat:

  • Bazar ertəsi – Şənbə: 09:30 – 18:30
  • Əmək haqqı: 300 AZN + Bonus

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Faktorinq üzrə kiçik mütəxəssis” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Oxşar vakansiya siyahısı:

Zəng mərkəzinin operatoru

Ə/h razılaşma yolu ilə. FoxExpress Zəng Mərkəzinin Operatoru vəzifəsi üzrə vakansiya elan edir. ...

FoxExpress

03.12.2025 - Bakı

Çağrı mərkəzi üzrə operator

İnci Group of Companies Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

27.11.2025 - Bakı

500 — 700 ₼
Əməliyyatçı

AzəriMed QSC Əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

20.11.2025 - Bakı

500₼
Qeydiyyatçı

Arena Plaza Hotel & Apartments'ə Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...

Arena Plaza Hotel &

17.10.2025 - Bakı