“PAŞA Bank” ASC olaraq “Market Risk Specialist” (Bazar Riskləri üzrə Mütəxəssis) kimi Sizi komandamıza dəvət edirik.
Bizimlə Siz əldə edəcəksiniz:
- Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
- Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
- Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
- Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
- Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu
İşiniz nədən ibarətdir?
- Bankın bazar və likvidlik risklərinin idarə edilməsinin daxili siyasət və prosedurları barəsində məlumatların əldə olunması;
- Maliyyə alətlərinin IFRS 13 standartlarına əsasən qiymətləndirilməsi;
- IFRS 9 standartlarına uyğun ehtiyatların ayrılması;
- Bazar/Likvidlik Risk məlumatlarının təhlili və hesabatının aparılması;
- Stress-testlərin keçirilməsi;
- Makroiqtisadi təhlil;
- Riskə məruz dəyər, gözlənilən çatışmazlıq, durasiya, həssaslıq təhlili kimi alətlər ilə bazar riskinin ölçülməsi;
- LCR və NSFR kimi alətlər ilə likvidlik riskinin ölçülməsi;
- Bankın Faiz Riskinin İdarə Edilməsi (IRRBB);
- Bank kapitalının idarə edilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahədə Bakalavr dərəcəsi
- İş təcrübəsi: Bazar riskləri və ya digər müvafiq sahədə minimum 1 il iş təcrübəsi
- Lisenziya / Sertifikat: FRM, PRM, CQF, CFA kimi sertifikatlar
- Xarici dillər: İngilis
- Kompüter bilikləri: Microsoft Office; proqramlaşdırma dilləri (R, VBA, SQL, PYTHON, MATLAB)
- Digər: Maliyyə məhsulları və maliyyə bazarları haqqında bilik
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi recruitment@pashabank.az ünvanına 23.09.2021 tarixinədək başlıqda ““Market Risk Specialist” (Bazar Riskləri üzrə Mütəxəssis)” qeyd edərək göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis
Aztelco Group MMC Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...