Qısa məzmun
Mover MMC Anbar rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Bölmənin işçilərinə rəhbərlik etmək, onların fəaliyyətlərini istiqamətləndirmək və əlaqələndirmək;
- Müvafiq texnologiyaya əsasən, təhlükəsizlik texnikasının tələblərinə uyğun anbarın bütün sahələrində yükləmə-boşaltma işlərinin vaxtında aparılmasında operativ idarəetmə nəzarətini həyata keçirmək;
- Xüsusi texnika və tərtibatların icazəsiz işlədilməsinin, zədələnməsinin qarşısının alınması üçün operativ tədbirlər görmək;
- Təhlükəsizlik texnikasına və əməyin mühafizəsi qaydalarına riayət etmək;
- Anbar sahəsində olan xüsusi texnika və tərtibatların düzgün istismar edilməsinə nəzarət etmək;
- Malların qəbul edilməsi və təhvil verilməsi zamanı təmizlik, təhlükəsizlik qaydalarına və intizama riayət etmək;
- Anbardakı proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması üçün bütün ehtiyatlardan qənaətlə istifadə olunması, əmək məhsuldarlığının yüksəldilməsi və əmək sərfinin aşağı salınması üzrə iş aparmaq.
Tələblər:
- Anbar sahəsində minimum 5 illik, anbarın idarə olunması üzrə minimum 2 illik iş təcrübəsi;
- Microsoft Office bilikləri;
- Güclü təşkilatçılıq və idarəetmə bacarığı;
- Analitik və problemləri həll etmək bacarığı;
- İş analizi və xidməti fəaliyyətin qiymətləndirilməsi bacarığı;
- Cəld, dəqiq və məsuliyyətli olmalı.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Anbar rəhbəri” qeyd edərək cv@mover.az e-mail ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Təchizat üzrə mütəxəssis
Universal PRO Təchizat üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
600 — 700 ₼
Xarici satınalmalar üzrə kordinator köməkçisiCamal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Satınalmalar üzrə mütəxəssis
Zəfər Bağları” MMC Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
600 — 700 ₼
Xarici satınalmalar üzrə kordinator köməkçisi"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...