Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

MKT İstehsalat Kommersiya MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə funksiyaları:

  • İdxal, ixrac, alqı-satqı, podrat və s. müqavilələrin, onlara əlavələrin, aktların, protokolların, arayışların, məktubların və s. hüquqi sənədlərin tərtibi və hüquqi ekspertizası;
  • Müəssisədaxili korporativ idarəetmə məsələlərində zəruri hüquqi dəstəyin göstərilməsi;
  • Hüquqi rəylərin verilməsi;
  • Hüquqi sorğuların cavablarının hazırlanmasında iştirak;
  • Müəssisənin struktur bölmələrində mövcud olan hüquqi problemlərin araşdırılması və işçilərin təlimatlandırılması prosesində iştirak;
  • Vəzifəsinə uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Ali təhsil (Hüquq);
  • Korporativ hüquq sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Əla səviyyədə Azərbaycan və İngilis dili biliyi, yaxşı səviyyədə Rus dili biliyi;
  • Azərbaycan Respublikası mülki, əmək, vergi, inzibati qanunvericiliyi üzrə biliklər;
  • MS Office (Word, Excel) və 1 C 8.3 proqramında sərbəst işləmək təcrübəsi;
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
  • Analitik təhlil etmə qabiliyyəti;
  • Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq.

Səriştələr:

  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Nailiyyət yönümlülük
  • Etibarlılıq
  • Dürüstlük

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki: Beş günlük iş həftəsi
  • İş yeri: Baki şəhəri, Qafqaz Business Center
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “JS Hüquqşunas” mövzusu ilə career@mktcotton.com elektron ünvanına göndərə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı