Qısa məzmun
Mətanət A” şirkəti Daxili Audit departamentinin direktoru vəzifəsi üzrə vakansiyasını elan edir
İşin təsviri:
- Audit Departamentinin fəaliyyətinin təşkili və idarə edilməsi;
- İllik audit planının tərtibi, audit obyektlərinin və auditin həcminin müəyyən edilməsi,
- Plan əsasında keçiriləcək daxili audit yoxlamaların təşkilini aparmaq;
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin həyata keçirilməsi;
- Risklərin qiymətləndirməsi və auditin icrası;
- Audit yoxlamaları zamanı əldə edilmiş nəticələrin rəhbərliyə təqdim edilməsi;
- Audit zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair qərarların həyata keçirilməsi barədə rəhbərliyə mütəmadi məlumat verilməsi;
- Şirkətin aylıq, rüblük və illik audit hesabatlarının hazırlanması;
- Nöqsanların aradan qaldırılması üçün tədbirlərin görülməsi, nöqsanların buraxılmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi barədə səmərəli təkliflərin verilməsi;
- Daxili nəzarət sistemlərinin adekvatlığının, səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi işinin həyata keçirilməsi;
İş şəraiti:
- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: Şənbə və bazar günü.
Əmək haqqı:
- Razılaşma yolu ilə.
Tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: Minimum 5 il iş təcrübəsi olan;
- Yaş həddi: 30-45 yaş;
- Dil bilikləri: Azərbaycan və Rus dili (İngilis dili biliyi arzuolunandır);
- Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək;
- Xarici və daxili ezamiyyətlərə getmə imkanı;
- Şəxsi avtomobilin olması mütləqdir.
Şəxsi keyfiyyətləri:
- İşə planlı yanaşma;
- Yüksək ünsiyyət bacarığı;
- Nitq mədəniyyəti;
- Təmkinlilik, etibarlılıq, özünəinam;
- Səliqəli, təşkilatçı, operativ, bacarıqlı.
Əlavə tələblər:
- Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.
Qeyd:
- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
- Namizədlərdən CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına göndərmək xahiş olunur;
- Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...