Çayçı
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Embawood Çayçı vəzifəsi üzrə vakansiya elan edir.

1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 24 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.

Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.

Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.

Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.

Vəzifə adı: “Çayçı

İş qrafiki : 5 günlük / 08:00 – 17:00
İş yeri: Bakı, Azərbaycan

İşin təsviri :

  • Əməkdaşlara çaylarının paylanması
  • Ofis əməkdalarına yeməyin verilməsi
  • Qabların yuyulması
  • Mətbəxin təmizliyinə riayət olunması

Tələblər:

  • Orta təhsil
  • Əməyin mühafizəsi, təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına riayət etməli
  • İşində intizamlı, məsuliyyətli və dürüst olmalı
  • Vaxtında tibbi müayinə və şəxsi gigiyena qaydalarına riayət etmək
  • Yaş həddi: 25 yaşından yuxarı

Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “Çayçı” qeyd edib bu ünvana göndərəsiniz. career@embawood.com

Oxşar vakansiya siyahısı:

364₼
Porter

AzəriMed QSC Porter üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

16.10.2025 - Bakı

Aşbaz köməkçisi

Hajigabul Poultry Farm Company Aşpaz vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

14.10.2025 - Hacıqabul

500 — 800 ₼
Fəhlə

İİnci Group Of Companies Fəhlə vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

13.10.2025 - Bakı

Qaynaqçı

Zəfər Bağları Qaynaqçı vəzifəsi üzrə vakansiya elan edir. ...

Zəfər bağları

02.10.2025 - Ağdam

Baş Mexanik

Grand Motors Baş Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Grand Motors

02.10.2025 - Xırdalan