İnsan resursları üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Mətanət A şirkəti  İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiyasını elan edir

Vəzifə öhdəlikləri:

  • Şirkət üzrə İnsan Resursları departamentinə aid bütün növ sənədlərin tərtib ediılməsi və icrası (tələb olunan sənədlərin toplanması, işə qəbul, işdən azad, ezamiyyə, məzuniyyət, mükafatlandırılma, intizam tənbehi və s.,);
  • Namizədlərin cəlb edilməsi məqsədi ilə bütün şöbələrlə sıx işləyərək, işə qəbul və seçim prosesinin effektiv aparılması;
  • Açıq olan vakansiyaların elana hazırlanılması və yerləşdirilməsi;
  • İlkin müsahibənin aparılması;
  • İşə qəbul olunmuş əməkdaşların adaptasiya prosesinin icrası;
  • İşçilərlə müqavilələrin bağlanması, vəzifə təlimatlarının hazırlanması;
  • İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
  • İşçilərin əmək fəaliyyətlərinə dair arayışların və xasiyyətnamələrin hazırlanması;
  • İstehsalat sahəsində işçilərin (usta, fəhlə heyyətinin) işə davamiyyəti, işə qəbul və sənədləşmə prosedururn tənzimlənməsi;
  • İstehsalat sahəsində əmək münasibətlərinin tənzimlənməsi və koordinasiyası;
  • Şirkət daxili administrasiya işlərinin həyata keçirilməsinə nəzarət etməli;
  • Biznesin təkamülü üçün müxtəlif fəaliyyətlər arasında insan ehtiyyatlarının paylaşdırılmasını optimallaşdırmaq.

Əmək haqqı: Razılaşma yolu ilə.

İş şəraiti:

  • İş saatı: 09-00-dan 18-00-dək;
  • Şənbə: 09-00-dan 13-00-dək;
  • İstirahət: Bazar günü.

Tələblər:

  • İnsan resursları sahəsində 5 il təcrübəsi (istehsalat sektorunda təcrübəsi olmağı üstünlükdür)
  • Ali təhsil: hüquq və ya menecment
  • AR-nın Əmək Məcəlləsini bilməli
  • İstehsalat sahəsinə aid vəzifə və peşələr haqqında bilgilərin olması
  • İdarəçilik bacarığı
  • Təşəbbüskar olmalı
  • Problemləri həll etmə bacarığı
  • Dil bilikləri: Azərbaycan, Rus, İngilis (arzuolunandır)
  • Kompüter bacarıqları: MS Office proqramları; 1C
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı.

Qeyd:

CV-lərinizi mövzu sətrində vakansiyanın adını (İnsan resursları üzrə mütəxəssis) qeyd edərək hr@matanata.com ünvanına 31 avqust tarixinədək göndərin.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı