Qısa məzmun
Kontakt Home Kredit şöbəsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
Müraciət üçün linkə daxil olun: https://qlor.me/ksimzwlz
Vəzifə öhdəlikləri:
- Kredit şöbəsinin işini təşkil və idarə edir;
- Kredit şöbəsinin fəaliyyətinə nəzarət edir;
- Tabeçiliyində olan işçilərin əmək funksiyalarını müəyyən edir və onlar üçün tələb olunan iş şəraitini yaradır;
- Kreditin verilməsi prosesini müəyyən edir və rəhbəri ilə razılaşdırır;
- Kreditin verilməsi planını hazırlayır, razılaşdırır və həyata keçirir;
- Kredit portfelinin inkişafı və yeni müştərilərin cəlb olunması üçün müvafiq tədbirlər görür;
- Yeni kredit məhsullarının yaradılmasında aktiv iştirak edir;
- Kredit şöbəsinin fəaliyyətini təhlil edir, bununla bağlı hesabat və təkliflər hazırlayır;
- Rəhbərliyin aidiyyatı iclas və görüşlərində iştirak edir;
- Ona təhkim olunan əmək funksiyalarını, vaxtında, peşəkarlıqla və keyfiyyətlə icra edir.
İş şəraiti:
- İş rejimi: I-V günlər, 09:00-18:00
- Korporativ telefon;
- Şirkətin məhsullarını güzəştli qiymətlərlə almaq imkanı.
Tələblər
- Risk, analitika və ya underraytinq (underwriting) sahəsi üzrə 7-10 illik iş təcrübəsi, o cümlədən 2-3 il orta və ya yuxarı menecment təcrübəsi;
- Kredit verilməsi xərcləri və onun tərkib hissələrini başa düşmək və xərclərdə dəyişmələrin effektini analitik və intuitiv qaydada nəzərə almaq bacarığı;
- Kreditlərin gecikmə səbəblərini analiz etmək bacarığı;
- Risk hesabatlıq sistemləri, vintaj və miqrasiya analizləri, digər analitik hesabatları çıxarma qabiliyyəti;
- Skoring və reytinq sistemlərinin iş prinsipi ilə tanışlıq, application, behavioral, collection və digər reytinq sistemələrinin hansı məqsədlə istifadə edildiyini başa düşmək;
- Beynəlxalq maliyyə, risk və analitika materialları ilə çox rahat tanış ola və işləyə biləcək səviyyədə ingilis dili bilikləri;
- Sürətlə texniki məsələləri öyrənə bilmək bacarığı, MS Excel və digər hesabatlıq üçün istifadə oluna biləcək proqram təminatları ilə iş təcrübəsi.
Şəxsi keyfiyyətlər:
- Yüksək səviyyədə analitik düşünmə qabiliyyəti;
- Liderlik keyfiyyətlərinə malik olmalı;
- Dəqiq, diqqətli və məsuliyyətli.
Oxşar vakansiya siyahısı:
Aparıcı mühasib
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
1300₼
Mühasib (Əmək haqqı və ödəmələr üzrə)Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...