Anbardar
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Agro Dairy Anbardar vəzifəsi üzrə vakansiya elan edir. Komputerdə sərbəst iş bacarığı tələb olunur.

Vəzifə Öhdəlikləri:

  • Anbarda olan mal və materialların təhlükəsizliyini və salamatlığını, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğuna nəzarət etmək.
  • Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərinə nəzarət etmək.
  • Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsinə nəzarət etmək
  • Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək; istisnalar barədə dərhal mühasibatlığı məlumatlandırmaq.
  • Anbardan malları yalnız Şirkət rəhbərliyi tərəfindən təyin edilmiş maddi məsul şəxslərə buraxılmasına nəzarət etmək.
  • Mal və material mühasibatlığının aparılması üçün qurulmuş mühasibat proqramı və avtomatlaşmış cihazlardan istifadə edərək onlayn və ya real taym rejimində məlumatları daxil etmək.
  • Bütün mal və materialların üzərində mühasibatlıq tərəfindən təyin edilmiş kodların olmasına nəzarət etmək.
  • Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək.
  • Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək.
  • Sahəni tələb olunan mal, yanacaq və sürtkü material ilə təmin etmək, saxlanılması, sərfiyyatına nəzarəti təmin etmək və sərfiyyata dair hesabat vermək.
  • Mühasibat uçotunun müxtəlif sahələri üzrə əməliyyatları yerinə yetirmək.
  • İlkin uçot sənədlərinin qəbulunu həyata keçirmək və onları emala hazırlamaq.
  • Aylıq balans hesabatanının və izahlı əlavələrin hazırlanması, düzgünlüyünü yoxlamaq, mühasibatlığa təqdim etmək.
  • Anbar işçilərinin işlərinə nəzarət və onların iş bölgüsünə, davamiyətinə nəzarət.
  • Anbarın tabeçiliyində olan tərəzilərə nəzarət. Tərəzi işçilərinin davamiyyətinə və işlərə nəzarət.
  • Anbarlar üzrə təsdiqlənmiş anbar prosedurlarının düzgün yerinə yetirilməsinə nəzarət.
  • Rüblük anbar sayımlarında iştirak etmək.
  • Ərazi üzrə nəğd satılan məhsullardan gələn vəsaitin kassaya qəbulu və ayın sonu kassada olan vəsait haqqında mühasibatlığa hesabat yollamaq.
  • Gündəlik satılan məhsullar haqqında Sahə Menecerinə hesabat yollamaq.
  • Alınması üçün yazılan tələbnamələrin yoxlanılması, tələb olunan malların anbar qalığının yazılması.
  • Yanacaq operatorunun işinə nəzarət.
  • Samux və Tovuz üzrə aylıq istifadə olunan nəğd vəsaitlərin hesabatının dügünlüyünü yoxlamaq və təsdiq etmək.
  • Anbara qəbul edilən mallar haqqında müvafiq hesabatı sifarişçiyə yollamaq.

Tələblər:

  • Komanda ilə işləmək bacarığı
  • Excel bilikləri
  • Azərbaycan və İngilis (“intermediate”)
  • Müvafiq sahədə iş təcrübəsi (minimum 3 il)
  • Təhsil – orta peşə ixtisas və ya ali təhsil (mütləq)

Əlavə Məlumatlar:

İş yeri – Samux

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@agrodairy.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Anbardar” şəklində göstərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı