Mağaza direktoru / Mağaza direktor müavini
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 1500 AZN. Novas Home Mağaza direktoru vəzifəsi üzrə vakansiya elan edir. Mağazanın effektiv işinin təşkil olunmalıdır.

Novas Home 8 fevral 2019 –cu il tarixdən fəaliyyətə başlamışdır. Brendin filialları “Bizim Market” mağazalarında yerləşir. Qısa zaman ərzində Novas Home konsepsiyası yeni filiallarda genişlənmişdir. Hazırda 6 filial fəaliyyət göstərir.

“Novas Home”-da mövsümi, səyəhət, dəsmal-tekstil, elektrikli mətbəx alətləri, təmizlik vasitələri, uşaq aləmi, bağ-bağça alətləri, mətbəx əşyaları, suvenir-dekor, idman ləvazimatları, elektron-digital avadanlıqlar, avtomobil aksesuarları daxil 21 kateqoriyaya aid müxtəlif çeşid məhsullar yer alır.Geniş məhsul çeşidi, münasib qiymət, yüksək keyfiyyət və müştəri məmnuniyyəti əsas hədəfimizdir. Brendin sloqanı isə “təkrar olunmayan ahəng”dir.

Əgər siz də daimi karyera yüksəlişi və pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə bizə qoşula bilərsiniz.

Mağaza direktoru

Vəzifələr:

  • Mağazanın effektiv işinin təşkili
  • Personalla iş, müştərilərə müəyyən olunmuş standartlara uyğun xidmətin təşkili
  • Satış hədəflərinin yerinə yetirilməsinə nəzarət
  • Görülən işin hesabatı
  • Malların qəbulu və iadəsinin təşkili
  • Malların çeşidinə və keyfiyyətinə nəzarət
  • Satış zalında malların merçendayzinq standartlarına uyğun yığılmasını təşkil etmək
  • Daxili inventarlaşmanın aparılması

Namizədə olan tələblər:

  • Ali və ya orta ixtisas təhsili;
  • Mağaza direktoru və ya direktor müavini vəzifələrində minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dili sərbəst, rus dili arzu olunandır;
  • Ünsiyyət qurmaq, idarəetmə və komandada işləmək qabiliyyəti;
  • Təşkilatçılıq və liderlik bacarıqları;
  • MS Office proqramlarını bilməli;
  • Satış texnikası və pərakəndə satış haqqında məlumatlılıq.

İş şəraiti:

  • Korporativ treyninqlərin təşkili;
  • Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur

Vakansiyaya müraciət üçün CV-ləri “Mağaza Direktoru” mövzusu ilə hr@novashome.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Satıcı

\Supertoys oyuncaq mağazasının Sədərəkdə  yerləşən mağazasına satış təmsilçiləri tələb olunur. ...

Super Toys

06.10.2025 - Bakı

600 — 700 ₼
Korporativ Satış üzrə Mütəxəssis

Super Toys  Korporativ Satış üzrə Mütəxəssis vəzifəsi üzrə akansiya elan edir. ...

Super Toys

06.10.2025 - Bakı

600 — 1000 ₼
Satış təmsilçisi

Doğtaş Mebel MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Doğtaş Mebel MMC

02.10.2025 - Bakı

Satış Aqenti

189 Taxi Satış Aqenti vəzifəsi üzrə vakansiya elan edir. ...

189 Taxi

02.10.2025 - Bakı

Продавец-консультант

Zuleykha Accessories dəbli aksessuar butikinə Satış Mütəxəssisi tələb olunur.  ...

Zuleykha Accessories

02.10.2025 - Bakı