Qısa məzmun
Maybo MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Əmək haqqının hesablanması
- Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək
- Maliyyə hesabatlarının hazırlanması
- Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək
Namizədə tələblər:
- Ali təhsil (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük verilir)
- İş təcrübəsi 1 il
- Azərbaycan dilində səlis. (rus dili arzuolunandır);
- MS Office (Excel, xüsusilə də formulalarla işləmək bacarıqları arzuolunandır)
- Təşkilati bacarıqları, ünsiyyətcil və danışıq aparmaq bacarığı
- e-gov.az, .e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı
- Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
- Səliqəli xarici görünüş, nəzakətli danışıq , intizamlı və işinə qarşı məsuliyyətli olmalı
- Komanda daxilində işləmək bacarığı
Oxşar vakansiya siyahısı:
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...