Qısa məzmun
Baku Electronics LTD Satış məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir.
SATIŞ MƏSLƏHƏTÇİSİ (BƏRDƏ, ŞƏKİ, İSMAYILLI, GƏNCƏ, LƏNKƏRAN)
Vəzifə öhdəlikləri:
- Müştəriləri mağazada qarşılamaq, mallar haqqında ətraflı məlumat vermək;
- Müştərilərə yüksək səviyyəli xidmət göstərmək, onlara məhsul seçimi üçün şərait yaratmaq, məhsullar üzrə məlumat və məsləhətlər vermək, alış üçün seçim variantları təklif etmək;
- Qarşısına qoyulan hədəfləri, satış planını yerinə yetirmək;
- Müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etmək;
- Mağazadakı vitrinlərin normativlərə uyğun mal düzülüşünü təmin etmək;
- Karyerada yüksəliş və artan əmək haqqı imkanı əldə etmək;
- Sahə üzrə bilik və bacarıqlarının artırılması imkanları əldə etmək.
Namizədə tələblər:
- Satış sahəsində minimum 2 il iş təcrübəsi;
- Ali təhsil;
- Yaş: 20-30
- Azərbaycan və rus dillərində səlis danışıq qabiliyyəti;
- Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı;
- İşinə qarşı həvəsli, yeniliklərə açıq;
- Öyrənməyə meyilli;
- Etibarlı, çevik, mehriban və gülərüz;
- Düzgün şifahi nitq qabiliyyəti və xoş, səliqəli xarici görünüş.
- Əmək haqqı: 350-550+bonus
QEYD: CV-lərin şəkilli formatda hr@bakuelectronics.az elektron poçt ünvanına “Satış məsləhətçisi” başlığı ilə göndərilməsi xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Satış meneceri
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Korporativ satış meneceri
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...