Qısa məzmun
VTB Bank “Rəqəmsal bank” layihə ofisinin aparıcı /Baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
TƏLƏBLƏR:
- Maliyyə/Bank işi, Reklam/Marketinq sahəsində ali təhsil;
- banklarda, maliyyə təşkilatlarında, iri pərakəndə satış sahələrində iş təcrübəsi;
- telekom şirkətlərində, rəqəmsal platformalarda və ya marketpleyslərdə analoji seqmentlər üçün marketinq layihələrini həyata keçirmək təcrübəsi
- rəqəmsal məhsullarla tanışlıq və rəqəmsal məkanda layihələrin həyata keçirilməsi.
FUNKSİYALAR:
- bankın pərakəndə müştəriləri üçün kommunikasiya layihələrində kuratorluq;
- bankın biznesin inkişaf strategiyasına və biznesin taktiki vəzifələrinə uyğun olaraq marketinq planının hazırlanması;
- hədəf məhsul qrupları/seqmenti üzrə bütün kommunikasiya kampaniyaları üçün məqsədləri müəyyən etmək;
- marketinq planına uyğun olaraq kampaniyaların vaxtında və tam işə salınmasını təmin etmək;
- kanalların səmərəliliyinin təhlili (CPA şəbəkələri, SEO optimallaşdırması, Display Ads, CMM, inflüenserlərlə iş və s.);
- seqmentlə iş: seqmentin portreti, həyat tsiklini idarəetmə proqramlarının, həmçinin aktivasiya strategiyalarının hazırlanmasında və həyata keçirilməsində iştirak;
- kommunikasiya kampaniyalarının monitorinqi və səmərəliliyinin təmin edilməsi, hədəf seqmentləri ilə yeni yanaşmalar və kommunikasiya formatları üzrə təkliflərin formalaşdırılması;
- satış qıfının idarə edilməsi və optimal müştəri marşrutunun qurulması;
- məhsul və xidmətlər üzrə bazar təcrübələrini araşdırmaq, onların istehlakçı davranışlarında ehtiyacları müəyyən etmək və əsas prioritetlərin və meylləri aşkara çıxarmaq.
Oxşar vakansiya siyahısı:
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...