Qısa məzmun
AZMADE Group Strategiya üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Minimum 3 il peşəkar təcrübə olmalıdır.
“AZMADE GROUP” MMC şirkəti Strategiya üzrə mütəxəssis vəzifəsini tutmaq üçün təcrübəli namizədləri dəvət edir:
İŞİN TƏSVİRİ
- Strateji layihələrin icrası çərçivəsində mövzuya uyğun olaraq geniş bazar araşdırması və təhlillərin aparılması;
- Komanda rəhbərinin tapşırıqlarına uyğun olaraq araşdırma nəticələrinin təqdimat və ya hesabat şəklinə salınması və təqdim olunması;
- Şirkətlərin büdcə və kapital xərclərin əsaslandırılmasının hazırlanmasında iştirak etmək və töhvə etmək;
- Strategiya üzrə Baş mütəxəssisə müştərək layihələrdə dəstək vermək;
- Analitikaya əsaslanan hesabatların və təqdimatların hazırlanması;
- Rəhbərliyə aylıq/rüblük iclaslarda təqdim olunan prezentasiyaların tərtibatında birbaşa iştirak etmək;
- Qeyd olunan öhdəliklərlə yanaşı, rəhbərliyin tapşırığına əsasən digər müvafiq işlərin və tapşırıqların reallaşdırılması.
TƏLƏB OLUNAN TƏCRÜBƏ, SƏRİŞTƏLƏR VƏ BACARIQLAR
- Mükəmməl təşkilati və idarəçılik bacarıqları;
- Güclü ünsiyyət bacarıqları;
- Analitik düşüncə;
- Təşəbbüskarlıq;
- Komandada işləmək bacarığı;
- Öyrənmək qabiliyyəti;
- Güclü ünsiyyət və insanlarla kommunikasiya yaratmaq bacarıqları;
- Təşəbbüskarlıq və uyğunlaşmaq bacarıqarı;
- Məlumatların təhlili və hesabatların hazirlanması bacarıqları;
- Yüksək etik standartlarına malik olmaq.
NECƏ MÜRACİƏT ETMƏK
- Maraqlanan namizədlər CV-ləri recruitment@azmade.az e-mail ünvanına göndərə bilərlər;
- Elektron məktubun “Mövzu” hissəsində “Strategiya üzrə baş mütəxəssis” vəzifəsi qeyd edilməlidir;
- CV-lər ən gec 20 avqust 2021-ci il tarixinədək göndərilməlidir.
Diqqət: Namizədlər ilkin CV yoxlanışından keçəcəklər. CV-lərin ilkin araşdırılmasına əsasən uğur qazanan namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq və onlar görüşə dəvət ediləcəklər.
Oxşar vakansiya siyahısı:
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...