Qısa məzmun
Ə/h razılaşma yolu ilə. TBC Kredit Mikro kreditlər üzrə kiçik mütəxəssis/mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
TBC Kredit – Azərbaycan bazarında 1999-cu ildən uğurlu fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Təşkilat müxtəlif növ kreditlərin verilməsi sahəsində böyük təcrübəyə malikdir.
İşəgötürən olaraq TBC Kredit peşəkarlar komandası yaradır, onların ixtisasının artırılmasının, motivasiyasının və sosial müdafiəsinin qayğısına qalır.
Hazırda TBC Kredit BOKT Mikro (biznes) kreditləri üzrə kiçik kredit mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.
Öhdəliklər:
- Müştəri cəlbi, birbaşa marketinq funksiyalarını öyrənmək və mənimsəmək
- Şirkətin prosedurlarını, təlimatlarını və daxili qaydalarını öyrənmək
- Kreditləşmədə zəruri olan sənədləşməni öyrənmək və digər normativ sənədləri mənimsəmək
- Müştəri ilə ünsiyyət, müştərilərlə münasibət və kredit müraciətlərini təhlil etmək.
Tələblər:
- Ali təhsil;
- Mikro kreditlər sahəsində minimum 1 il iş təcrübəsi;
- Müştərini cəlbetmə bacarığı;
- Azərbaycan dilində səlist danışıq qabiliyyəti;
- Rus və ingilis dillərinin müəyyən səviyyədə biliyi arzuolunandır;
- Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
- Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
- İş qrafiki – 09:00-dan 18:00-dək, şənbə və bazar – istirahət günləridir.
Əgər Siz də karyeranızı beynəlxalq təşkilatda başlama imkanını əldə etmək, kredit işini öyrənmək istəyirsizsə, xahiş olunur ki, CV-ləri 04 sentyabr 2021-ci il tarixinədək e-mail (hr@tbckredit.az) vasitəsilə təqdim etsinlər.
E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Mikro kreditlər üzrə kiçik mütəxəssis/mütəxəssis). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
PASHA Insurance Vergilər üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Sumqayıt şəhəri üzrə Kiçik və Orta Biznes Kreditləri sahəsində təcrübə proqramı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...