Qısa məzmun
ArchiCO MMC Layihə rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Tikinti proseslərinin idarə edilməsinin təşkil olunması;
- Tikinti qanunvericiliyinə əsasən razılaşdırma sənədlərinin alınmasına lazım olan sənədlərin, məktubların hazırlanması və prosesin idarə edilməsi;
- Layihənin vaxtında və keyfiyyətlə tamamlanmasına cavabdehlik daşıması;
- Tikinti proseslərinin planının, iş qrafikinin və iş həcmlərinin müəyyən edilməsi;
- Tikinti layihəsinin təchizat qrafikinin təşkil edilməsi;
- Tikinti layihəsinin maliyyə hesabatlarının tərtibi, gəlir və mənfəət göstəricilərinin analizi;
- Keyfiyyət parametrlərinə xələl gətirmədən xərclərin optimallaşdırılması və mənfəətin artırılması üçün tədbirlərin həyata keçirilməsi;
- Tikinti layihəsinə cəlb edilmiş subpodratçı təşkilatların və Şirkət daxili əmək qüvvəsinin işlərinin koordinasiyasının təşkil olunması;
- Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması;
- Sifarişçi və layihə təşkilatları arasında koordinasiya funksiyalarının icra olunması;
- Tələb olunduqda icraata təqdim edilmiş tikinti layihəsinin smetasının hazırlanması və Baş ofisə təsdiq üçün təqdim edilməsi;
- Sahədə yerinə yetirilmiş tikinti işlərinin Forma-2 sənədlərinin təsdiq olunması;
- Layihə üçün aylıq Forma-2 sənədlərinin hazırlanması və baş ofisə təqdim edilməsi;
- Tabeliyində olan sahə mühəndisləri/iş icraşıları tərəfindən hazırlanmış texniki hesabatların təsdiq olunması və baş ofisə təqdim edilməsi;
- Xarici və ya yerli sifarişçi ilə keçirilən toplantılarda Şirkətin təmsil olunması;
Namizədə olan tələblər:
- İnşaat mühəndisliyi üzrə ali təhsil;
- Tikintidə 10 il, rəhbər vəzifədə 5 ildən az olmayan iş təcrübəsi;
- Azərbaycan Respublikası Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması;
- MS Outlook; AutoCad, internet, MS Project, PrimaVera proqramlarında işləmə bacarığı;
- İngilis (əla səviyyə) və rus (yaxşı səviyyə) dili biliklərinin olması.
- CV və tövsiyyə məktublarınızı hr@archico.az ünvanına “layihə rəhbəri” başlığı ilə göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Qida sahəsi üzrə mexanik
Camal LTD şirkəti Qida sahəsi üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
1500 — 2000 ₼
Layihəçi mühəndis"Aznet Technologies” QSC Telekommunikasiya şirkətinə Layihəçi mühəndis tələb olunur. ...
Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis ( Hacıqabul)
Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis ( Hacıqabul) vəzifəsi üzrə vakansiya elan edir ...
Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis – Şəmkir
Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis – Şəmkir vəzifəsi üzrə vakansiya elan edir ...