Məhsul sahibi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Kapital Bank Məhsul sahibi vəzifəsi üzrə vakansiya elan edir.

“Kapital Bank” ASC namizədləri “Məhsul sahibi” vakansiyasına müraciət etməklə “Agile” komandasının üzvü olmaqa dəvət edir!

Bizim üçün önəmli olan:

  • Mürəkkəb problemləri həll etmək və yeni çıxış yolları axtarmaq. Bu səbəbdən bizim iş günümüz bəzən bir kvestə bənzəyir ki, bunun sayəsində hər birimiz daha sürətli böyüyə bilirik;
  • Məhsulun inkişafına təsir etmək. Həmkarlarımızı dinləyir və məhsulun inkişafında ən yaxşı həll yollarını seçmək üçün onların təcrübə və fikirlərindən yararlanırıq;
  • Problemlər barədə açıq danışmaq və yeni həll yolları təklif etməkdən çəkinməyin. Bu məqsədlə qarşılıqlı əlaqə və qarşılıqlı hörmət mədəniyyətini inkişaf etdiririk.

Tələblər:

  • Komanda üzvlərinin karyera inkişafını planlaşdırmaq və Bankın məhsuldarlıq, keyfiyyət, davamlı inkişaf və hədəfin həyata keçirilməsinə dair gözləntilərini qarşılamasına rəhbərlik etmək;
  • Komandanın inkişafına cavabdeh olmaq və effektivliliyi idarə etmək;
  • Məhsula dair strategiya, Vision və Roadmap formalaşdırmaq, həmçinin backlog-u idarə etmək və prioritetləri təyin etmək;
  • Maliyyə, əməliyyat göstəriciləri və proseslərin təkmilləşdirilməsi daxil olmaqla, məhsulun tətbiqi nəticələrindən cavabdeh olmaq;
  • Verilən məlumatlar əsasında məhsulun hədəflərinin yerinə yetirilməsini izləmək;
  • Məhsulun tələblərə uyğunluğundan cavabdeh olmaq, tələbləri funksional rəhbərlər ilə əlaqələndirmək;
  • Müştəri seqmentləri ilə işləmək;
  • Müştəri ehtiyaclarını araşdırmaq və məhsulu tələblərə görə formalaşdırmaq;
  • Yeni məhsul təkliflərini hazırlamaq və istifadəyə vermək;
  • İnkişaf qrupu ilə birlikdə texniki həll yollarını müəyyənləşdirmək və proseslərin təkmilləşdirilməsi və inkişaf sürətinin optimallaşdırılması üçün fikirləri təbliğ etmək;
  • Keyfiyyətli tədqiqatlar, A / B testlər həyata keçirmək və buraxılışları təhlil etmək.

Sizdən gözləntilərimiz:

  • 3 ildən artıq məhsul sahibi və ya məhsul rəhbəri kimi iş təcrübəsi və ya ən azı 3 illik layihə rəhbəri vəzifəsində və ya məhsula dair məsuliyyəti öz üzərinizə götürməklə bağlı
  • iş təcrübəsi hazırsınız;
  • Məhsul yanaşmasını dərindən anlamaq və “Agile” dəyərlərinə malik olmaq;
  • Məhsul komandasını idarə etmək təcrübəsinə sahib olmaq;
  • Məhsul inkişafının texnoloji əsaslarını və məhsulların yaradılması haqqında prosesləri bilmək.

Sizə təkliflərimiz:

  • Kapital Bankda karyera inkişafı;
  • Sabit rəqabətli əmək haqqı;
  • Tibbi sığorta;
  • Şəxsi inkişafla bağlı müxtəlif təlimlər və imkanlar.

Əgər Siz də Kapital Bankın dinamik və peşəkar Agile komandasının üzvü olmaq istəyirsinizsə, https://hr.kapitalbank.az işə gəbul portalından qeydiyyatdan keçərək, vakansiyaya müraciət edə bilərsiniz

Oxşar vakansiya siyahısı:

Aparıcı mühasib

SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Superfon

22.08.2025 - Lənkəran

Mühasib

Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

20.08.2025 - Şəmkir

500₼
Kassir

Ə/h 500 AZN + bonus. Super Toys Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

Super Toys

19.08.2025 - Bakı

900 — 1100 ₼
1C operator

Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...

Camal LTD

14.08.2025 - Bakı

600 — 800 ₼
Mühasib

Business Service Centre LTD Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Business Service Centre LTD

11.08.2025 - Bakı

900 — 1100 ₼
1C operator

Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...

Camal LTD

07.08.2025 - Bakı

Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis

Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Premium Bank

24.07.2025 - Bakı