Qısa məzmun
Ə/h 700 AZN. Smart Audit Maliyyə Departamentinin Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Peşəkar inkişafa meyllilik olmalıdır.
Vəzifə təlimatları:
- Vergi və mühasibat uçotunun aparılması;
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Aylıq olaraq daxili maliyyə hesabatlarının hazırlanması;
- İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin kalkulyasiyası;
- Dövlət orqanlarına, banklara məktubların yazılması;
- Müştərilərin Maliyyə Vəziyyəti haqqında, Mənfəət və Zərər haqqında, Pul Vəsaitlərinin Hərəkəti, Kapitalda Dəyişikliklər haqqında hesabatlarının hazırlanması;
- Debitor və kreditorlar barədə mütəmadi olaraq hesabatların hazırlanması;
- Hazırlanmış vergi bəyənnamələrinin (ƏDV, sadələşdirilmiş vergi, MÖMV, mənfəət vergisi, gəlir vergisi, əmlak vergisi, torpaq vergisi) yoxlanılması və göndərilməsi;
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s. uçotunun aparılması;
- Mal-materialların uçotunun aparılması;
- E-taxes.gov.az saytında elektron poçt qutusuna daxil olan məktubların cavablandırılması;
- Ona verilən müvafiq tapşırıqların yerinə yetirilməsi.
Vəzifə ilə bağlı tələblər:
- Ali təhsil (Mühasibat uçotu və audit, maliyyə sahəsində təhsil);
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsinin olması mütləqdir;
- ACCA F3 sertifikatının olması zəruridir;
- 1C 7.7, 8.3 üzrə biliklər olmalıdır;
- Vergi Məcəlləsi üzrə yüksək səviyyədə biliklər;
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
- Gündəlik deadline-lara ciddi riayət;
- Komandada işləmək bacarığı;
- Peşəkar inkişafa meyllilik;
- Riyazi biliklər və analitik düşüncə qabiliyyəti;
- Azərbaycan, ingilis və rus dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı.
İş yeri : Cəfər Cabbarlı 609, Globus Center 12-ci mərtəbə;
İş günləri – həftədə 5 gün, 09:00-dan 18:00-dək;
Göstərilən vəzifə üzrə maraqlanan namizədlərdən mövzu hissəsində “Maliyyə Departamentinin Mütəxəssisi” yazmaqla bu elektron poçt ünvanına CV göndərmələri xahiş olunur: turana.asadova@smartaudit.az
Oxşar vakansiya siyahısı:
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Oven Food Bakery Satış üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...