Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Avrora Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Tibbi Sığorta ilə təmin olunur, Şirkət hesabına nahar verilir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin Məhkəmədə təmsil edilməsi və irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi;
  • Müqavilə, maliyyə və əmək iltizamının möhkəmləndirilməsi sahəsində təkliflərin hazırlanması;
  • Məhkəmə işləri ilə bağlı sənədlərin (iddia ərizələri, apellyasiya və kassasiya şikayətləri, etirazlar, vəsatətlər, qərardaddan şikayətlər və s. )hazırlanması;
  • Məhkəmə qətnaməsi nəticəsində icraya yönəlmiş işlərin təqib edilməsi;
  • Müqavilələrin tərtib edilməsi, təhlili, müqavilə üzrə risklərin qiymətləndirilməsi, müqavilə danışıqlarında iştirak etmək və hüquqi tədqiqatın aparılması;
  • Qanuni qüvəyyə minmiş Məhkəmə qərarlarını icraya yönəltmək və Məhkəmə icraçıları ilə əməkdaşlıq edərək qərarların icra edilməsi;
  • İnzibati və Vergi işləri ilə məşğul olunması;
  • Mübahisələr ilə bağlı Məhkəmədən öncə zəruri tədbirlərin görülməsi;
  • Cinayət işi materiallarının hazırlanması.

Tələblər:

  • Ali təhsil (Hüquq sahəsində);
  • Yaş həddi : 25-40;
  • Hüquq sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi;
  • Dil biliyi : Azərbaycan dili (mükəmməl), Rus dili (orta səviyyədə);
  • Ofis proqramlarından sərbəst istifadə bacarığı;
  • Hüquqi nitq və yazışma qabiliyyəti;
  • İş ilə bağlı ezamiyyətlərə getməkdə çətinliyi olmamalı.

İş Şərtləri:

  • Həftədə 5 iş günü;
  • İş saatları: 09:00-18:00;
  • Tibbi Sığorta ilə təminat;
  • Şirkət hesabına nahar.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Hüquqşünas” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı