Satış üzrə direktor müavini
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Polisan-Azərbaycan MMC Satış üzrə direktor müavini vəzifəsi üzrə vakansiya elan edir. Ofis proqramlarından istifadə etməyi bacarmalıdır.

İş barədə məlumat:

  • Tabeliyində olan işçilərə rəhbərlik etmək
  • Satış proqramının hazırlanmasına nəzarət etmək
  • Potensial müştərilər ilə əlaqə qurmaq və görüşlər keçirmək və digər satış təmsilçilərinin bu sahədəki işlərinə nəzarət etmək
  • Rəqib şirkətlər və onların satdıqları məhsullar haqqında məlumatlı olmaq və rəhbərlik etdiyi digər satış təmsilçiləri ilə bu barədə müzakirələr aparmaq
  • Satış gücünü idarə etmək
  • İşin səmərəli təşkili üçün satış təmsilçilərinin işini izləmək, onların iş haqqında verdikləri gündəlik, həftəlik və aylıq hesabatlara nəzarət etmək, işin gedişatında yaranan problemləri analiz etmək, problemin yaranma səbəblərini direktora məlumat vermək və problemi aradan qaldırmaq istiqamətində işləmək
  • Satış təmsilçilərinin Şirkətin satdığı məhsulları və ya brendi necə təmsil etmələrinə nəzarət etmək, lazım gələrsə, bu istiqamətdə onlara məsləhət vermək
  • Şöbəyə yeni təyin olunmuş satış təmsilçilərinə Şirkət, şirkətin strukturu, şirkətin fəaliyyəti, şirkətin satdığı mal və materiallar haqqında ətraflı məlumat vermək
  • Satış təmsilçiləri arasında iş bölgüsünü aparmaq
  • Satışın satış təmsilçiləri tərəfindən düzgün aparılmasına nəzarət etmək
  • Satış prosesini yaxından izləmək və bu prosesin gedişatı barədə direktora məlumat vermək
  • Sənədləşmə prosesinə nəzarət etmək. Sənəd (müqavilə, razılaşma protokolu, akt, qaimə faktura və s.) dövriyyəsini izləmək, göndərilən sənədlərin vaxtında qaytarmayan atış təmsilçilərindən sənədləri qaytarmağı tələb etmək
  • Şöbədə çalışan işçilərin gördükləri işin effektivliyinin yükləldilməsi istiqamətində işləmək
  • Şirkətin keyfiyyət siyasəti və hədəfləri istiqamətində işləməli
  • Yeni məhsullar, onların xassələri, digər məhsullardan fərqli cəhətləri barədə şirkət tərəfindən təşkil olunmuş seminar və təlimlərdə mütamadi iştirak etmək
  • Tabeliyində olan işçilərin əhval-ruhiyyəsinə nəzarət etməli, işçinin problemini dinləməli və bu barədə rəhbərliyə məlumat verməlidir
  • AR ƏM uyğun əmək müqaviləsi
  • Həftədə 6 günlük iş qrafiki
  • İş vaxtı: 09:00-dan 18:00-dək
  • Nahar və korporativ nömrə şirkət tərəfindən verilir

Namizədə tələblər:

  • Satış (boya, inşaat malları sahəsində) iş təcrübəsi 5 ildən artıq olmalı
  • Şirkətin satış siyasətini idarə etmək təcrübəsi olmalı
  • Potensial müştərilər ilə əlaqə qurmaq və görüşlər keçirmək bacarığı olmalı
  • Rəqib şirkətlər və məhsulları barədə məlumatlı olmalı
  • Satış gücünü idarə etməyi bilməli
  • Yerli bazarın tələbatlarından xəbərdar olmalı
  • Rəhbərlik etdiyi sahə üzrə işin səmərəli gedişatını təmin etməyi bacarmalı
  • Kollektivdə işləməyi və işçilər arasında yaranan problemləri həll etməyi bacarmalıdır
  • İşçiləri motivasiya etməli
  • Yeni məhsullar, onların xassələri, digər məhsullardan fərqli cəhətlərini bilməlidir

Oxşar vakansiya siyahısı:

600 — 1000 ₼
Satış təmsilçisi

Doğtaş Mebel MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Doğtaş Mebel MMC

02.10.2025 - Bakı

Satış Aqenti

189 Taxi Satış Aqenti vəzifəsi üzrə vakansiya elan edir. ...

189 Taxi

02.10.2025 - Bakı

Продавец-консультант

Zuleykha Accessories dəbli aksessuar butikinə Satış Mütəxəssisi tələb olunur.  ...

Zuleykha Accessories

02.10.2025 - Bakı

Merçendayzer

Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...

Abşeron-Şərab ASC

05.09.2025 - Sumqayıt

Anbar işçisi

İnci Group Of Commpanies Anbar işçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

01.09.2025 - Bakı

Satıcı

İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

01.09.2025 - Bakı