Qısa məzmun
Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası Tender mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Müəssisənin adı: “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC
Nəzərdə tutulan əmək haqqı: müsahibə zamanı razılaşdırılma yolu ilə
Əsas iş yeri: Bakı şəhəri
Namizədə dair tələblər:
- Minimum 2 il müvafiq sahədə iş təcrübəsi;
- Dil: Azərbaycan, İngilis və Rus dilləri
Əsas vəzifə öhdəlikləri:
- Müxtəlif beynəlxalq bankların, dövlət idarələrinin, təşkilatların, maliyyə fondlarının saytlarında teder elanlarının axtarılması
- Sifarişçi ilə əlaqə saxlayıb, tender sənədlərinin əldə edilməsi üçün müvafiq rəsmi sənədlərin hazırlanması və ödənişlərin edilməsi
- Tender şərtlər toplusu ilə tanış olub, tələblərin müyyənləşdirmək
- Şərtlər toplusunda qeyd olunan tələblərə cavab verilib-verilmədiyini dəqiqləşdirmək.
- İlkin secim və tender sənədlərinə daxil olan Formaların (BoQ xaric olmaqla) doldurulması, texniki sənədlərin hazırlanması
- Formaların doldurulması zamanı tələb olunan məlumatların toplanması ilə bağlı müxtəlif departamentlərlə əlaqələr saxlayıb, müvafiq məlumatların və sənədlərin əldə edilməsi
- Tender öncəsi iclaslarda iştirak etmək, tender tələbləri ilə bağlı suallara aydınlıq gətirmək. Tender paketlərinin açılışında iştirak etmək
- Tender paketinin tələblərə müvafiq hazırlanıb, çoxaldılması, təqdim edilməsi
- Tender tarixlərinə riayət etmək, sənədlərin alınması və təhvil verilməsini kordinasiya etmək
- Sifarışçi tərəfindən ünvanlanan izahat xarakterli məktubların cavablandırılması
- Qalib elan olunduqdan sonra müqavilə imzalanması, müvafiq təminatların təqdim edilməsi üçün sənədləşmənin həyata keçirilməsi
Mövzu hissəsində ” Tender mütəxəssisi” qeyd olunması zəruridir.
Qeyd: Xahiş olunur fikri ciddi olmayan və tələb olunan sahə üzrə iş təcrübəsi olmayan namizədlər CV göndərməsin.
Oxşar vakansiya siyahısı:
Anbardar
Saglam Ailə Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...