Brend menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

LİBRAFF MMC Brend menecer vəzifəsi üzrə vakansiya elan edir.

2017-ci ildə əsası qoyulan “LIBRAFF” MMC – modern kitab mağazaları şəbəkəsidir. “LIBRAFF” kitab mağazaları şəbəkəsinin 5 filialı Bakıda, 1 filialı isə Gəncə şəhərində fəaliyyət göstərir.

Əsas vəzifə öhdəlikləri:

  • Brendin inkişaf etdirilməsi istiqamətində strategiya hazırlamaq;
  • Satışları artırmaq məqsədi ilə həyata keçirilən layihələri dəstəkləmək və təkliflər irəli sürmək;
  • Şirkətin strategiyasına uyğun mağazalarda yeni standartlar və qaydalar qurmaq;
  • Mağazalarda çalışan personalı idarə etmək: işçiləri təlimatlandırmaq və yönləndirmək, onları motivasiya etmək, qiymətləndirmək; gündəlik iş prosesinə və işçilərin davamiyyətinə nəzarət etmək;
  • İşçilər haqqında obyektiv rəy vermək;
  • Satış analizlərini aparmaq: satılan və satılmayan məhsulları araşdırmaq, mağaza tələblərini araşdırıb müəyyən etmək;
  • Bazar təhlilini aparmaq;
  • Məhsulların qiymət siyasətini inkişaf etdirmək;
  • Məhsulun bazarda mövqeyini izləmək, şirkətin imicinin tədqiqatını aparmaq;
  • Aylıq satış planının mağazalar tərəfindən yerinə yetirilməsinə dəstək olmaq;
  • Şirkətin xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbirlər görmək;
  • Müştəri şikayətləri əsasında araşdırmalar aparmaq və s.

Tələb olunan bilik və təcrübə:

  • Ali təhsil, menecment və ya marketinq istiqamətli təhsilin olması üstünlükdür
  • Mağaza idarəçiliyi sahəsində iş təcrübəsi;
  • Müştərilərlə davranış qaydaları və satış texnikaları üzrə biliklər;
  • Kitab və müəlliflər, yeni trendlər haqqında məlumatlı olmaq;
  • Azərbaycan dilini səlis, yaxşı səviyyədə rus və ingilis dili biliyi;
  • Yaxşı səviyyədə Microsoft Office proqramları biliyi.

Tələb olunan bacarıqlar:

  • Liderlik
  • İdarəetmə
  • Ünsiyyət qurma və kommunikasiya
  • Təşkilatçılıq
  • Satış bacarıqları

İş haqqında məlumat:

  • İş yeri: qismən baş ofis (Pullman otel) və əsasən, mağazalarda;
  • İş qrafiki: dəyişkən, əmək qanunvericiliyinə uyğun olaraq həftəlik 40 saat;
  • Rəsmi sənədləşdirmə işləri əmək qanunvericiliyinə uyğun olaraq rəsmi sənədləşdirmə işləri aparılır;
  • Əmək haqqı razılaşma yolu ilə müəyyən olunur, sınaq müddətindən sonra əlavə olaraq satışdan bonuslar verilir;
  • Nahar şirkət tərəfindən təmin olunur.

Müraciət üçün e-mail: human.resources@libraff.az

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı