Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Landau School Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Vergi Məcəlləsi üzrə mükəmməl biliklər olmalıdır.
Əsas vəzifə və öhdəliklər:
- Baş verən əməliyyatların 1C 8.3 mühasibat proqramında əks olunması
- Əmək haqqının, məzuniyyət və xəstəlik vərəqəsi üzrə ödənişlərin hesablanması
- Qəbul olunan e-qaimələrə nəzarət olunması (sənədləşmə prosesinin dəqiq və düzgünlüyünə) və ödənişlərin müştəri bank vasitəsilə həyata keçirilməsi
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
- ƏDV, ÖMV hesabatlarının hazırlanması və təqdim olunması
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
- Rəhbərlik tərəfindən tələb olunan daxili hesabatların hazırlanması
- Pul vəsaitlərinin hərəkətinə aid hesabatların hazırlanması
Tələblər:
- Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat)
- Minimum 3 il mühasibat, iqtisadiyyat, maliyyə, audit sahəsində iş təcrübəsi
- Kompüter bilikləri: Microsoft Office/Excel, 1C 8.3 proqramında mükəmməl işləmə bacarığı
- Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər
- Vergi Məcəlləsi üzrə mükəmməl biliklər
Şərtlər və Qaydalar:
- 5 günlük iş həftəsi
- Iş rejimi: saat 09.00-dən 18.00
- Müqavilə: AR Əmək Məcəlləsinin tələblərinə uyğun
- Maaş: razılaşma əsasında
Müraciət üçün CV-i hr@landauschool.com elektron ünvanına, mövzu sahəsində ” Mühasib” yazaraq göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...