Qısa məzmun
Star Mining LLC Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Azı 3 il bu sahə üzrə təcrübə
- Azərbaycan və İngilis dillərində bilməsi arzu olunandır
- 1C, MS Office xüsusəndə Excel proqramlarında peşəkar işləmək bacarığı
- Komandada işləmək bacarığı
- İşinə dəqiq, məsuliyyətli yanaşma
- Kişi namizəd
Vəzifə təlimatı:
- Əməliyyatların 1C proqramında işlənməsi
- Bank və kassa əməliyyatları
- e-taxes.gov.az, e-gov.az və digər portallardan istifadə etmək bacarığı
- Yerli və xarici valyutada ödənişlərin edilməsi, həmçinin digər bank əməliyyatlarının həyata keçirilməsi
- E-qaimələrin, təhvil təslim aktlarının və hesab fakturaların hazırlanması
- ƏDV depozit hesab üzrə əməliyyatların aparılması
- Şirkətin dövri mühasibat, statistik, idarəetmə və maliyyə hesabatlarını (balans, maliyyə nəticələri, pul vəsaitlərinin hərəkəti və kapitaldakı dəyişikliklər) müəyyən edilmiş
- ddətlərdə tərtib edib aidiyyatı üzrə təqdimatını təmin etmək;
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqı və digər sosial xarakterli işçilərə ödəmələrin hesablanması və ödənilməsini, debitor və kreditorların uçotu, dövlət büdcəsinə və DSMF-yə məcburi ödənişlərin və digər ayırmaların uçotunu düzgün təşkil və nəzarət etmək;
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və reyestrlərdə düzgün əks etdirilməsinə nəzarət ;
- Uçot sənədlərinin arxivləşdirilməsini təmin etmək;
- İş prosesində öz sahəsi ilə bağlı meydana çıxacaq problemlərin aradan qaldırılması ilə bağlı təkliflər vermək;
- Şirkətin maliyyə-iqtisadi idarə olunmasında aktiv iştirak etmək və ehtiyac duyduqda lazımi təklifləri irəli sürmək.
- Rəhbərlik tərəfindən verilən digər işlərin həyata keçirilməsi
- İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək
- Nahar şirkət tərəfindən verilir
- İşə qəbul əmək məcəlləsinə uyğun aparılır
Uyğun namizədlər CV formalarını hr@starmining.az mail-nə göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Mühasib
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...