Qısa məzmun
Ə/h razılaşma yolu ilə. PAŞA Bank Makroiqtisadi Araşdırmalar departamentində Kiçik analitik vəzifəsi üzrə vakansiya elan edir.
Analitik vəzifəsinə tələblər:
- Təhlil üçün zəruri olan statistik bazanın mütəmadi yenilənməsi;
- Yenilənən məlumat bazasındakı dataların ilkin emalı, statistik və iqtisadi təhlillərin aparılması;
- Cari işdə tətbiqi nəzərdə tutulan bir sıra indekslər üzərində data scientistlər ilə yaxından işləmək və müvafiq indekslərin mütəmadi yenilənməsini təmin etmək;
- Qurulmuş modellərin yenilənməsi, dəyişənlər arasındakı asılılıqların izlənilməsi və bu əsasda müvafiq dəyişiklik təkliflərinin formalaşdırılması;
- Cari iş ilə əlaqədar olaraq müvafiq dünya təcrübəsinin öyrənilməsi və hesabat formasında ümumiləşmələrin aparılması.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Uyğun sahədə bakalavr dərəcəsi, magistr təhsili üstünlükdür;
- Modelləşmə ilə əlaqədar baza bilikləri, E-views, R Studio, Stata və s. kimi proqramlarda işləmə bacarığı;
- Müvafiq sahədə 1 il iş təcrübəsi;
- Microsoft Office proqramlarının mükəmməl biliyi;
- Azərbaycan və ingilis dillərini səlis bilmək, rus dili üstünlükdür.
Müraciət etmə qaydaları:
- Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur
- CV recruitment@pasha-holding.az ünvanına göndərilməlidir;
- Mövzu sətrində “Kiçik analitik” qeyd olunmalıdır;
- CV-lər 24 yanvar 2020-ci il tarixinə qədər göndərilməlidir.
Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...