Mühasib
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Starex Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən təmin olunur.

Starex.az” Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əldə etdiyi lisenziya ilə həm ölkədaxili, həm də beynəlxalq poçt bağlamalarının çatdırılmasını həyata keçirir. Şirkətimiz hazırda Azərbaycan, Türkiyə, Amerika və Çində qeydiyyatdan keçmiş və hər dörd ölkədə özünəməxsus ofislərində fəaliyyət göstərir. Türkiyə, Amerika və Çindən sifariş üçün xidmətlərimizdən istifadə edə bilərsiniz

Vəzifə : Mühasib
Əmək haqqı: Müsahibə nəticələrindən asılı olaraq
İş qrafiki : Həftədə 5 gün Nahar şirkət tərəfindən təmin olunur;

Əsas vəzifə öhdəlikləri:

  • Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi;
  • E-Qaimə fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı;
  • Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
  • Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar;
  • Daxili hesabatların hazırlanması və təqdim olunması;
  • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsində iştirak;
  • Əmək haqqının hesablanması.

Tələblər:

  • Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
  • Vergi Məcəlləsini bilməli;
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
  • Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti.
  • İkili mühasibat yazılışlarını bilmək
  • Balans, mənfəət zərər hesabatlarının hazırlanması ilə bağlı təcrübə

Qeyd : Müvafiq sahə üzrə yalnız təcrübəli namizədlərin müraciət etməyi xahiş olunur.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla rovshan.zeynalov@starex.az elektron ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

07.05.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

07.05.2025 - Bakı