Təchizat üzrə aparıcı mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AzMiCon MMC Təchizat üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Nəqliyyat və nahar şirkət tərəfindən təmin olunur.

Vəzifə öhdəlikləri:

  • Şöbələrdən daxil olan sifarişlər əsasında təchizat prosesinin şirkət prosedurlarına uyğun olaraq aparılmasının təşkili və izlənilməsi;
  • Alış tələbnamələrinin düzgünlüyünün yoxlanılması və təsdiqi;
  • Alış tələbnaməsi, təklif qiymətləndirilməsi, alış sifarişi (purchase order), müqavilə və digər təchizat sənədlərinin reyestrinin aparılmasına nəzarət;
  • Yerli və xarici təchizatçılardan alınmış təkliflər əsasında hazırlanmış müqayisə cədvəllərinin/təkliflərin qiymətləndirilməsi və hesabatların yoxlanılması;
  • Alış müqavilələrinin və sifariş tapşırıqlarının (Purchase Order) yoxlanılması;
  • Daşıma və gömrük prosesinə nəzarət edilməsi;
  • Tender və strateji alışların aparılmasının şirkət proseduruna uyğun olaraq həyata keçirilməsinə nəzarət;
  • Sifarişlərin statuslarının izlənilməsi və vaxtlı-vaxtında çatdırılmasına nəzarət edilərək gecikmələrə yol verilməməsi;
  • Digər şöbələr ilə koordinasiya edilərək ehtiyac proqnozlarının əldə edilməsi, material/xidmət ehtiyacının planlamasının hazırlanması və rəhbərliklə razılaşdırılması;
  • Təchizat və anbar personalının iş bölgüsünün təşkili;
  • Satınalmalar nəticəsində əldə edilmiş qənaətlərin rüblük hesabatının hazırlanması;
  • Direktor və Təzhizat üzrə menecer tərəfindən tələb olunan hesabatların hazırlanması; Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılmasını və əhlilini təşkil etmək;
  • Tədarükçü bazasının formalaşdırılması və mütəmadi olaraq yenilənməsi təşkil etmək;
  • Satınalmalar üzrə ehtimal olunan qiymətin formalaşdırılması istiqamətində zəruri işlər görmək;
  • Tələblər əsasında potensial mal, iş və ya xidmət təchizatçılarının araşdırmasını təmin etmək;
  • Sənəd dövriyyəsinin düzgün və operativ təşkilini həyata keçirmək;
  • Xarici ölkələrdən malların vaxtında alınması, ölkəyə çatdırılması, (yazışmaların və danışıqların aparılması) ;
  • Tədarükçülərlə qiymət və digər texniki göstəricilər barəsində danışıqlar aparılması.
  • Anbar prosesləri və sənədləşdirmələrinin düzgün aparılmasına nəzarət;
  • Minimum anbar qalıqlarının hazırlanmasına nəzarət.

 

Tələblər :

  • Vəzifə üzrə 5 illik iş təcrübəsi
  • Azərbaycan, Rus və İngilis dili biliyi
  • Liderlik qabiliyyəti, Yüksək ünsiyyət qurma qabiliyyəti (bəy namizədlərə üstünlük veriləckdir)
  • Problemi sərbəst həll etmə qabiliyyəti (Hər zaman ezam olunmağa hazır olmalı)
  • Əla səviyyədə kompüter bacarıqları (MS Word, Excel, 1C, və s.).

 

İş şərtləri:

  • Həftə içi 5 gün : 09:00 – 17:00-dək (nahar vaxtı saat 13:00-14:00).
  • Nəqliyyat və nahar şirkət tərəfindən təmin olunur.
  • İstirahət günləri – şənbə və bazar günləri.
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
  • İş yeri: Grand Park II, Şıxov qəsəbəsi, Salyan şossesi 12, AZ 1023.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi cv@azmicon.az elektron ünvanına göndərin.

Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Təchizat üzrə aparıcı mütəxəssis” qeyd edəsiniz.

Oxşar vakansiya siyahısı:

Xarici satınalma üzrə  mütəxəssis

İnci Group of Companies Xarici satınalma üzrə  mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

05.06.2025 - Bakı

Procurement Specialist

Position: Procurement Specialist Based in Baku | Full-time AEL is a dynamic and rapidly growing company in the energy sector, specializing in the supply of hazardous area ...

AEL

03.06.2025 - Bakı

Satınalma və təchizat mütəxəssisi

Az-Caspian CONSTRUCTION Satınalma və təchizat mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Az-Caspian CONSTRUCTION

29.05.2025 - Bakı

800 — 1000 ₼
Dövlət Satınalmaları üzrə mütəxəssis

Dövlət Satınalmaları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azəridmanservis

26.05.2025 - Bakı