Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AtaSığorta ASC Korporativ Satış Şöbəsinin baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Korporativ Sığortaçılıq Departamentinin Korporativ Satış Şöbəsinin baş mütəxəssisi
Şirkət: AtaSığorta ASC
İş qrafiki : 5 günlük iş qrafiki (09:00 – 18:00)
Son müraciət tarixi: 20.07.2021
Əsas vəzifə öhdəlikləri:
- Cəmiyyət tərəfindən mövcud müştəri bazasının və korporativ satış həcminin artırılması məqsədi ilə təklif edilən bütün sığorta məhsulları və xidmətlərinin inkişaf etdirilməsi üzərində çalışır;
- Keçmiş müştərilərlə yenidən əlaqə saxlayaraq onların təkrar sığortalanmasının təmin edilməsini təşkil edir;
- Satışın artması məqsədi ilə Korporativ satış şöbəsinin müdiri ilə birlikdə yeni satış istiqamətlərinin aşkarlanması və effektiv işlənməsi üzərində çalışır;
- Müştərilərə informasiya dəstəyinin təmin edilməsi üzrə keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsini təşkil edir;
- Müştərilər tərəfindən sorğu anketlərinin doldurulması, tarif dərəcəsi və müvafiq sığorta şərtlərinin əldə edilməsi üçün müştəri haqqında əlavə məlumatın təqdim etdirilməsinə nəzarət edir;
- Sığorta müqavilələrinin təminatları və şərtləri haqqında məlumatları tam həcmdə müştərilərə vaxtında təqdim edir;
- Müştərilərin məlumat bazasının gündəlik olaraq şöbənin əməkdaşları tərəfindən doldurulmasına, polislərin vaxtında müştərilərə təqdim edilməsinə nəzarət edir;
- Müştərilər tərəfindən daxil olan məlumatların “məlumat bazası”na vaxtında daxil edilməsini təşkil və təmin edir.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil (iqtisadiyyat sahəsi üzrə);
- Sığorta sahəsində ən azı 2 il iş təcrübəsi.
Tələb olunan bacarıq və səriştəliklər:
- Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
- Microsoft Office proqramları üzrə biliklər;
- Yüksək yazılı və şifahi ünsiyyətqurma bacarığı;
- Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı.
Müraciət etmək üçün
Başlıqda “Korporativ Sığortaçılıq Departamentinin Korporativ Satış Şöbəsinin baş mütəxəssisi” qeyd olunmaqla CV-nizi ir@atasigorta.az ünvanınıza göndərməyinizi xahiş edirik.
Oxşar vakansiya siyahısı:
Absheron Satış üzrə auditor vəzifəsi üzrə vakansiya elan edir. ...
İceland şirkət Regionlar üzrə satış müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Supermarket MMC Satıcı-kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...
İnci Group Of Commpanies Merçandayzer ( QUBA ərazisi üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Atəşgah sığota Pərakəndə SatışSığorta üzrə Sığorta Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...