Maliyyə nəzarəti şöbəsinin mütəxəssisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Life Maliyyə nəzarəti şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Vakansiya haqqında məlumat:

Struktur bölmə: Maliyyə departamenti, Maliyyə nəzarəti şöbəsi
Vəzifə: Maliyyə nəzarəti şöbəsinin mütəxəssisi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 11.07.2021

Vəzifə Öhdəlikləri:

  • Avtomatlaşdırılmış əməliyyat sistemlərində effektiv maliyyə nəzarəti mexanizmlərinin qurulmasında iştirak etmək;
  • Daxili proseslərin monitorinqində iştirak;
  • Maliyyə əməliyyatlarının uçotunun aparılmasına, mühasibat işinin düzgün qurulmasına, müxabirləşmənin müvafiq qaydada və vaxtında əks olunmasına, eyni zamanda sənədləşmə işlərinin tamlığına nəzarət etmək;
  • Təchizatçılarla hesablaşmalar (büdcəyə əsasən avans və qalıq ödənişləri, təyinatların düzgünlüyü, struktur bölmələr üzrə xərclərin bölgüsü) aparmaq;

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Maliyyə nəzarəti, Audit, Risklərin idarə edilməsi, Hesabatlılıq sahələri üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: Maliyyə, İqtisadiyyat sahələri üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: orta,
  • Üstünlüklər: Audit və Maliyyə sahəsində beynəlxalq sertifikatlar
  • Kompüter bilikləri: MS Office: əla
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq, keyfiyyət yönümlülük, problem həlletmə.
  • İmtiyazlar:
  • Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

  • Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
  • Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis

Aztelco Group MMC Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir. ...

Aztelco Group MMC

23.10.2025 - Bakı

Mühasib

Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...

Güvənli MMC

20.10.2025 - Bakı

500₼
Kassir

Ə/h 500 AZN + bonus. Super Toys Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

Super Toys

06.10.2025 - Bakı