Qısa məzmun
Sinteks Group of Companies Photographer vəzifəsi üzrə vakansiya elan edir. Retuş və fotoqrafiya üzrə müvafiq sertifikatlar olmalıdır.
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.
Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda Fotoqraf tələb olunur.
Vəzifənin rolu:
- Bu vəzifənin rolu foto çəkilişlər etmək və məhsulların fotolarını retuş üçün təqdim etməkdir.
Vəzifə öhdəlikləri:
- Foto çəkilişlər üçün bütün lazımi avadanlıqları quraşdırır (arxa plan, işıqlar və s.)
- Məhsulların foto çəkilişlərini aparır
- Foto çəkilişləri brend qaydaları və standartlara uyğun hazırlanmasını təmin edir
- Foto retuşorları düzgün formatlı fotolar ilə təmin edir
- Məhsul barkodlarını skan edir və qovluqlarda düzgün şəkildə yerləşdirir
- Peşəkar avadanlıqlara nəzarət edir və nasazlıqlara bağlı hesabat verir
Əsas tələblər:
- Təhsil:
- Fotoqraf kimi hər hansısa kvalifikasiya arzuolunandır
- Təcrübə:
- Foto çəkilişlər layihəsində ən azı 2 illik təcrübə
- Moda sahəsində təcrübə üstünlükdür
- Foto çəkilişlərinə görünüşlərin formalaşdırılması təcrübəsi
- Fotostudiya avadanlığı ilə işləmə təcrübəsi (işıqlandırma avadanlığı və arxa planın tənzimlənməsi)
- Professional Biliklər:
- Foto çəkiliş prosesi üzrə güclü biliklər
- Azərbaycan dilini mükəmməl bilmək, Rus dili arzuolunandır
- Microsoft Office Proqramları üzrə ilkin biliklər
- Professional Bacarıq və Kompetensiyalar:
- Proaktivlik
- Detal və nəticə yönümlülük
- Yaradıcılıq
- Zamanın düzgün idarə olunması
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Photographer” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
İnci Group of Companies Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...
3D Dizayner vəzifəsi üzrə vakansiya elan edilir. ...
İnci Group of Companies Sosial Media Marketinqi üzrə Mütəxəssis vakansiyasını elan edir. ...