Marketing Account Manager
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Sinteks Group of Companies Marketing Account Manager vəzifəsi üzrə vakansiya elan edir.

  • 1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda Marketinq Akkaunt Menecer tələb olunur.

Vəzifənin rolu:

  • Bu vəzifənin rolu, yerli bazarda brend tanınmasını və satışını dəstəkləmək üçün marketinq kanallarını müəyyənləşdirmək və onları prioritet tutaraq illik və mövsümi marketinq fəaliyyət planını hazırlayaraq həyata keçirməkdir.

Vəzifə öhdəlikləri:

  • Brendin strategiyası əsasında marketinq planını hazırlayır və həyata keçirir
  • Tərəfdaşlardan marketinq planlarının təsdiqlənməsini təmin edir və maliyyə təzminatının qəbzlərini qəbul edir
  • Mağazalar və digər departamentlər üçün marketinq dəstəyi verir
  • Strategiyalar və satış planları əsasında media fəaliyyətinin effektiv və yüksək keyfiyyətli işini yerinə yetirir

Əsas tələblər:

  • Təhsil:
  • Biznes / Marketinq və ya müvafiq sahədə bakalavr dərəcəsi
  • Marketinq üzrə sertifikatlar və ixtisaslaşma
  • Təcrübə:
  • Müvafiq sahədə ən azı 3 illik təcrübə
  • Professional biliklər:
  • Marketinq trendləri
  • Ənənəvi və inkişaf etməkdə olan marketinq kanalları
  • Moda trendləri bilikləri
  • Azərbaycan və Rus dilləri mükəmməl, İngilis dili orta
  • MS Office
  • Professional bacarıqlar və kompetensiyalar:
  • Çox tapşırıq yerinə yetirmə bacarığı
  • Nəticə yönümlü
  • Yaradıcılıq
  • İşgüzar ünsiyyət
  • Zamanın idarə olunması
  • Müzakirə bacarıqları
  • Analitik bacarıq

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Marketing Akkaunt Manager ” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...