Ofis menecer
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Damla Mebel MMC Ofis menecer vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla Mebel” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.
Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, İran, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.

Vəzifə öhdəlikləri:

  • Daxil olan zənglərin və elektron ünvana gələn məktubların, sorğuların vaxtında cavablandırılması, yönləndirilməsi, lazımi qeydlərin aparılması və aidiyyatı şəxslərə çatdırılması;
  • Şirkətin sosial şəbəkələrinin idarəedilməsi.
  • Şirkətdaxili kargüzarlıq işlərinin yerinə yetirilməsi;
  • Rəhbərliyin tapşırıqlarının vaxtında və düzgün yerinə yetirilməsi;
  • Şirkətə gələn qonaqların qarşılanması və yönləndirilməsi.

Namizədə tələblər:

  • Ali Təhsilli
  • Rus dili, ingilis dili yaxşı səviyyədə;
  • Təşkilati və analitik bacarıqlar;
  • Microsoft office proqramlarından istifadə bacarığı.
  • Yaş aralığı – 23-35 yaş

İş şərtləri:

  • Həftədə 6 iş günü, 1 gün istirahət;
  • Təcrübə tələb olunmur;
  • Əmək haqqı: 400 AZN
  • Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir.
  • İş yeri Abşeron r-nu, Masazır qəs., Villa Badam yaşayış kompleksinin yaxınlığı
  • İşçilərin daşınması üçün 20 Yanvar metrosundan və Sumqayıtdan servis xidməti var.
  •  Yalnız yaxın ərazidə yaşayan xanım namizədlərə üstünlük veriləcəkdir.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@damlamebel.az elektron ünvanına mövzu yerinə “Ofis menecer” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar

Oxşar vakansiya siyahısı:

500₼
Ofis İşləri üzrə Əməliyyatçı

Siyəzən Broyler MMC Ofis İşləri üzrə Əməliyyatçı üzrə vakansiya elan edir. ...

Siyəzən Broyler

23.10.2025 - Bakı

1500₼
İşə qəbul üzrə menecer

Azera Holding İşə qəbul üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...

Azera Holding

06.10.2025 - Bakı