Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AS Group Investment LLC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Müəssisənin fəaliyyətinin hüquqi təminatı ilə bağlı yaranan məsələlər üzrə hüquqi rəy vermək;
- Daxili standart müqavilələrin və şablonların, habelə daxili qayda, təlimat, prosedurların hazırlanmasında iştirak etmək;
- Müəssisənin bağladığı xidmət, alqı-satqı, reklam və s. müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək;
- Dövlət və məhkəmə orqanlarından daxil olan hüquqi sorğuların cavablandırılmasını təmin etmək;
- Müəssisənin struktur bölmələrinə hüquqi yardım göstərmək və daxil olan sorğuları cavablandırmaq.
Tələb olunan göstəricilər:
- Ali hüquq təhsili,
- Korporativ hüquq sahəsində ən azı 5 illik iş təcrübəsi;
- Mülki və əmək qanunvericiliyi, nəzarət orqanlarının normativ xarakterli aktlarını bilmək;
- Yüksək yazılı və şifahi ünsiyyətqurma qabiliyəti;
- Fikrin strukturlaşdırılmış şəkildə izah edilməsi bacarığı;
- Əla səviyyədə Azərbaycan və Rus dilləri biliyi, İngilis dili biliyi üstünlük təşkil edir.
Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını – “Hüquqşünas”, qeyd etməklə CV formalarını hr@asgroup.az e-mail ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Hüquqşünas
BERC Group Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. ...
Baş hüquqşünas
BERC Group Baş hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. ...
Kiçik hüquqşünas
BERC Group Kiçik hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. ...