Qısa məzmun
Poliqraf.az Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir.
Poliqraf.az şirkətində öz işinin əsl peşəkarı olan böyük mehriban kollektiv formalaşıb. Bu komandanın işi və məhsulların yüksək keyfiyyəti sayəsində Poliqrafaz şirkəti artıq uzun illərdir ki, nəşriyyat-poliqrafiya sahəsində müvəffəqiyyətli liderdir. Bizə məhz yüksək keyfiyyət və təkrarolunmaz servisə görə etibar edirlər.
Vakansiya- Satış təmsilçisi
Tələblər:
- Təhsil: Ali və ya orta;
- Azərbaycan və rus dilini səlis bilməli,
- Satış təcrübəsi: 3-5 il (reklam sahəsində olması arzuolunandır);
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
- Satış qabiliyyəti olmalı;
- Məhsulları təqdim etmək bacarığına malik olmalıdır.
Vəzifə öhdəlikləri:
- Şirkətin satış strategiyasına uyğun olaraq satışı təmin etmək, yeni müştərilər cəlb etmək;
- Satış sonrası proseslərə nəzarət etmək, sifarişləri müştəriyə razılaşdırılmış vaxtda təhvil vermək, müştəridən ödənişlərin vaxtında hesaba daxil olunmasını təmin etmək;
- Mövcud müştərilər ilə əlaqələri gücləndirmək;
Şərtlər:
- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Baza əmək haqqı + bonus sistemi.
- Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər “Mövzu” hissəsində “Satış təmsilçisi” qeyd edərək tərcümeyi -halını office@poliqraf.az göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Life Fitness (showroom) - “Fitness avadanlıqları üzrə Satış Məsləhətçisi” vakansiyasını elan edir. ...
İceland şirkət Regionlar üzrə satış müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Supermarket MMC Satıcı-kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...