Keyfiyyətə nəzarət üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Fasad-F MMC Keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Tələb olunan iş bacarıqları:

  • Sahədə tikintinin layihəyə uyğunluğunun yoxlanılması, görülən işlərin Sifarişçinin, FHN-nin və digər aidiyyatı qurumların tələblərinə uyğunluğunun yoxlanılması;
  • Sahədə işin gedişatına dəstək, işin icraatı zamanı çatışmazlıqların aşkara çıxarılması və həll olunmasında köməklik göstərmək;
  • Subpodratçıların işlərinin keyfiyyətinə nəzarət edilməsi;
  • Müəssisədə mövcud standartlara, forma və qaydalara uyğun olaraq hesabat aparılması;
  • Keyfiyyətə Nəzarət Planının hazırlanması və icrasına nəzarət, ümumi keyfiyyət sisteminin yaradılması, tətbiqi və nəzarət olunması;
  • Şirkətdə Keyfiyyət Sisteminin qurulmasını həyata keçirmək;
  • Prosesin bütün mərhələlərində Keyfiyyət prosedurlarına nəzarətin təmin edilməsi;
  • Müvafiq təlimatların işlənib hazırlanmasında iştirak;
  • Fəaliyyət ilə bağlı mütəmadi olaraq, müəssisənin rəhbərliyinə hesabatlar hazırlayıb təqdim edilməsi;
  • Sahədə təsbit edilən uyğunsuzluqlar barədə məlumat vermək və onların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

  • Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili və Rus dili arzuolunandır.
  • Təhsili: ali
  • Müəssisənin keyfiyyət menecmenti sisteminə İSO standart tələbləri;
  • Keyfiyyətə nəzarət üzrə mütəxəssis olaraq inşaat sektorunda ən az 3 il iş təcrübəsi olmalı;
  • Komandada işləmək bacarığına sahib olmalı;
  • Proqram təminatı: MS Office, MS visio

Bilməlidir:

  • İSO 9001:2015 standartının əsaslarını;
  • Keyfiyyət idarəetmə sisteminə aid olan sənədlərin hazırlanması üçün məlumatların toplanması, təhlili, qiymətləndirilməsini;
  • Keyfiyyəti idarəetmə sisteminin bütün fəaliyyət istiqamətlərində proseslərin sənədləşdirilməsini;
  • Müvafiq normativ sənədlərin hazırlanması qaydalarını.

İş şəraiti:

  • 5 günlük iş həftəsi
  • Rabitə xərcləri şirkət tərəfindən ödənilir.
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur;

Tələblərə cavab verən namizədlər CV-ləri mövzu yerində “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” göstərməklə sona.adili@fasad-f.az mailinə göndərə bilər.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı