Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azersun Holding Laboratoriya İnspektoru vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə aid tələblər:
- Kimya, Kimya Texnologiyası və ya Mühəndis Texnoloq ixtisasları üzrə ali təhsili olmalı;
- Laboratoriya sahəsində ən azı 1 illik təcrübəyə sahib olmalı;
- Fiziki-kimyəvi analiz laboratoriyasında çalışma qaydasını bilməli;
- Ümumi və analitik kimyanın əsaslarını bilməli;
- Texnoloji proses parametrlərinin keyfiyyət parametrlərinə təsirini bilməli;
- Keyfiyyətə təminat sistemləri və onların sertifikatlaşdırılmasına dair lazımi bilikləri olmalı;
- Araşdırma və analizetmə bacarığı olmalı;
- Əməyin mühafizəsi, qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
- Microsoft Office (word, excel) proqramlarından istifadə etməyi bilməlidir.
İş haqqında məlumat:
- Keyfiyyət standartlarına uyğun nümunələr alınmalı;
- İş təlimatlarına və standartlara əsasən analiz və sınaqlar aparmalı;
- Keyfiyyətlə bağlı problem aşkar olunduqda əlaqəli şəxslərlə birlikdə problemin həll edilməsi üçün çalışmalı;
- Laboratoriyada işlənilən məhlul və qarışıqları hazırlamalı;
- Prosesdəki keyfiyyət pozuntusunun səbəbini aşdıraraq, gərəkli tədbirləri almalı və uyğunsuzluqların aradan qaldırılması yönündə işlər görməli;
- Laboratoriya avadanlıqlarının və dəzgahların düzgün istifadəsi və saxlanılmasını təşkil etməli;
- Gigiyena və sanitariya qaydalarına əsasən günlük təftişləri həyata keçirtməli;
- Laboratoriya şəraitində test və analizlərin vaxtında aparılmasını və nəticənin rəhbərliyə bildirilməsini təşkil etməlidir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində “Laboratoriya İnspektoru (Xaçmaz, Zaqatala)” qeyd olunmalıdır) göndərə və ya hr.azersun.com saytından qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Oxşar vakansiya siyahısı:
Camal LTD şirkəti Qida sahəsi üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
"Aznet Technologies” QSC Telekommunikasiya şirkətinə Layihəçi mühəndis tələb olunur. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis ( Hacıqabul) vəzifəsi üzrə vakansiya elan edir ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis – Şəmkir vəzifəsi üzrə vakansiya elan edir ...