Barista
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 400-600 AZN. LİBRAFF MMC Barista vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • Biz, müxtəlif növ çay və qəhvə, isti və soyuq içkiləri hazırlamağı bacaran baristalar axtarışındayıq. Baristanın əsas vəzifə öhdəlikləri – Müştərilərə menyu üzərindən tövsiyyələr vermək və sifarişləri qəbul etməkdir. Bu işdə uğurlu olmaq üçün siz müştəri xidmətləri sahəsində yüksək bacarığa və qəhvə üzrə biliklərə sahib olmalısınız.
  • Daxil olan müştəriləri salamlamaq
  • Müştərilərə menyunu təqdim etmək və menyu (içki və şirniyyatların tərkibi) ilə bağlı sualları cavablandırmaq
  • Sifariş qəbul edərkən detallara diqqət yetirmək (məsələn, qəhvə növü, süd və şəkərin miqdarı və s.)
  • Hazır desertləri və içkiləri təqdim etmək
  • Ödənişləri (nağd və kredit kartları) qəbul etmək, kassa əməliyyatlarını aparmaq
  • İş yerini təmiz saxlamaq
  • Qabların və fincanların təmizliyini qorumaq və ehtiyyatda saxlamaq
  • Menecerə müştəri rəylərini bildirmək və menyu üçün yeniliklərlə bağlı tövsiyyələr vermək

Namizədə tələblər:

  • Bu sahədə iş təcrübəsi arzu olunandır
  • Elementar riyazi biliklərin olması
  • Müştərilərlə işləmək bacarığı
  • Yüksək ünsiyyət bacarıqları
  • Müvafiq diplom və yaxud sahə üzrə sertifikatların olması üstünlükdür

Yuxarıdaki tələblərə uyğun gələn namizədlər CV-ləri human.resources@libraff.az ünvanına göndərərək mövzu yerində vəzifə adı “Barista” göstərməklə müraciət edə bilərlər.

QEYD: Vəzifə adı qeyd olunmayan müraciətlərə baxılmayacaqdır.

Oxşar vakansiya siyahısı:

Qabyuyan (Texniki xidmətçi)

Courtyard by Marriott BAku Qabyuyan vəzifəsi üzrə vakansiya elan edir. ...

Courtyard by Marriott Baku

08.05.2025 - Bakı