Qısa məzmun
Ə/h 400-500 AZN. Pilates Life İnzibatçı vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifələri:
- İdman studiyasında inzibati işlərin təşkili və işçi heyətlə qarşılıqlı münasibətlər
- İş yerində meydana çıxan bütün məsələlərin müstəqil həll edilməsi
- Əməkdaşların iş qrafikinin planlaşdırılması prosesinə nəzarət
- Müştərilərə xidmət, studiyanın potensial və yeni müştərilərinə studiyanın ən yüksək səviyyədə təqdimatı
- Daxil olan zəngləri qəbul etmək, hazırkı və potensial müştərilərlə qarşılıqlı əlaqəni təmin etmək
- Studiyadakı mövcud malların çeşidlərini müntəzəm olaraq təftiş etmək və sifarişləri tərtib etmək. Məhsulların ehtiyat səviyyəsinə nəzarət etmək
- Təsdiq edilən formada hesabatların aparılması
- Studiyanın müştərilərinə məsləhətlərin keyfiyyətinə və xidmət göstərilməsinə məsuliyyət daşımaq
Tələblər:
- Azərbaycan və rus dillərini mütləq bilmək, ingilis dilini bilmək əlavə üstünlükdür
- Ali təhsil
- 22-40 yaş xanımlar
- Müştərilərlə yüksək səviyyədə ünsiyyətcil və gülərüz olmaq
İş Şəraiti:
- İşə qəbul AR Əmək Məcəlləsinə uyğun aparılır
- Əmək haqqı: 400 AZN + xidmətdən bonus
- Qrafik: növbəli
Maraqlanan şəxslərdən CV-lərini team@pilateslife.az ünvanına “İnzibatçı” başlığı ilə göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
1000₼
Baş İnsan Resursları MütəxəssisiBrand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
İnsan Resursları üzrə mütəxəssis
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...