Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Sinteks Group of Companies Administrator Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir.
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev eşyaları mağazalarını və 10-a yaxın kofeteriya filialını idarə edir. Lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda Administrator Xəzinədar tələb olunur.
İşin rolu:
Bu rol pul vəsaitlərinin və malların hərəkətinə nəzarət edir.
Vəzifə öhdəlikləri:
- Mağazanın vaxtında açılıb-bağlanmasını təmin etmək
- Mağazada təmizlik və səliqə-sahmanlığa nəzarət etmək
- Mağazada təsərrüfat işlərini aparmaq
- Satış əməliyyatlarını icra etmək və satış proqramında qeydiyyat aparmaq
- Müştərilərdən nağd ödənişləri qəbul etmək və POS-terminal vasitəsilə nağdsız ödənişləri həyata keçirmək
- Mağazada müştəri xidmətinin yüksək standartlara uyğun olmasını təmin etmək
- Günün yekun hesabatını aparmaq, təhvil veriləcək pulun mühafizəsini təmin etmək, pulu və POS-terminal qəbzlərini aidiyyəti üzrə təhvil vermək
- Malları mağazaya qəbul etmək və təftiş zamanı iştirak etmək
- Mağazada mövcud olan malın, invertarın saxlanması və yerdəyişməsinə nəzarəti həyata keçirmək
- Qiymət etiketlərinin yerləşdirilməsinə və mövcudluğuna nəzarət etmək
Əsas tələblər:
- Təhsil:
- Maliyyə/İqtisadiyyat/Biznesin İdarəedilməsi və ya digər müvafiq sahədə ali təhsil
- Təcrübə:
- Administrator Xəzinadar kimi 2-3 il iş təcrübəsi
- Professional Biliklər:
- Kassa aparatı və Pos terminalın istismar qaydaları
- Komputerdən istifadə qaydaları
- Müştəri xidməti qaydaları
- Azərbaycan dili səlis və Rus və İngilis dilləri yaxşı səviyyədə
- Pofessional Bacarıqlar və Kompetensiyalar:
- Məsuliyyət
- Diqqətlilik
- İntizam
- Stressə qarşı müqavimət
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruitment.sales@sinteks.com e-mailına, mövzu hissəsində “Administrator Xəzinədar” qeyd edib göndərilməsi xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...