Qısa məzmun
PASHA Life Hesabatlılıq şöbəsinin kiçik mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Vakansiya haqqında məlumat:
- Struktur bölmə: Maliyyə departamenti, Hesabatlılıq şöbəsi
- Vəzifə: Hesabatlılıq şöbəsinin kiçik mütəxəssisi
- Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
- İş saatları (iş rejimi): 09:00 – 18:00
- Son müraciət tarixi: 15.06.2021
Vəzifə Öhdəlikləri:
- Rəhbərliyə təqdim olunacaq hesabatların hazırlanmasında iştirak etmək;
- Şirkət daxili hesabatlılıq üçün təqdim ediləcək hesabatların hazırlanmasında kənar mənbələrdən məlumatları toplamaq;
- Hesabatlar üçün toplanmış məlumatlarda hər hansı uyğunsuzluq aşkarlanan hallarda məlumatların düzəldiməsi və ya dəqiqləşdirilməsini təmin etmək;
- Aylıq və illik maliyyə yekunları əsasında MHBS-ə uyğun mühasibat düzəlişlərin verilməsi;
- Hər bir hesabat ayının sonunda faktiki və büdcə nəticələrinin müqayisəsi, yaranan fərqlərin analitik təhlil həyata keçirərək səbəblərinin araşdırılması;
- Büdcə prosesi üçün lazım olan tarixi məlumatların digər struktur bölmələrin sorğusuna əsasən təqdim etmək;
- Kənar audit yoxlama prosesində iştirak edilməsi və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsi;
Namizədə olan tələblər:
- İş təcrübəsi: Tələb olunmur
- Təhsili/ixtisası: Maliyyə və İqtisadiyyat ixtisasları üzrə bakalavr dərəcəsi
- Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: ort
- Kompüter bilikləri: MS Office: əla
- Üstünlüklər: SQL və Power BI bilikləri, ACCA sertifkatının (F3, F7) olması.
- Fərdi keyfiyyətlər: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, problem həlletmə
İmtiyazlar:
- Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Digər məlumatlar:
- Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942
Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...